Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLAR

Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARGürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş" Gürcüstan – 2023 adlı Forum keçirilib.

İnterpress.az xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı soydaşlarımız, dövlət rəsmiləri, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.

Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARTədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı, qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri çıxış ediblər.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARTədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARTəşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

T.Allahverdili Forumun keçirilməsində dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Gürcüstandakı Azərbaycan İcmasına təşəkkür edib.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARTədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov deyib ki, bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. O, Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Səfirlik əməkdaşı qeyd edib ki, xaricdə keçirilən bu cür tədbirlər ölkələrarası əlaqələri daha da möhkəmləndirir və münasibətləri inkişaf etdirir.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARQardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal çıxışı zamanı söyləyib ki, Türkiyə və Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir. O bildirib ki, hansı ölkədə yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə diplomatları milli maraqları naminə birlikdədirlər.

Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.

Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARO xatırladıb ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi indiyə qədər Gürcüstanda bir sıra tədbirlər keçirib. Bu tədbirlərin hər biri dostluğa, qardaşlığa və xalqlararası əlaqələrin möhkəmlənməsinə xidmət edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARDaha sonra A.Ələsgər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qonaqlara təbrik müraciətini oxuyub.

Tədbir panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində "Azərbaycanla Gürcüstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrində soydaşlarımızın rolu" adlı birinci panel Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə icraçı direktoru Murad Muradovun moderatorluğu ilə keçirilib.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARPaneldə Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirli, eləcə də professor Mahmud Kamaloğlu çıxış ediblər.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARMedia və kommunikasiya mütəxəssisi, doktorant Rəşid Mustafazadənin moderatorluğu ilə keçirilən "Media savadlılığı və Gənclər" adlı ikinci paneldə isə Aktual.ge-nin direktoru İlkin Hüseynov, 24news.ge-nin direktoru Azər Məmmədov, İnterprees.ge-nin direktoru Nahid Qurbanov və RealNews.ge -nin direktoru Almaz Nadiroğlu çıxış edib.

Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARSonda isə "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyi təsus etdiyi Soydaş Milli Mükafatının təqdimat mərasimi olub.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Soydaş" Gürcüstan – 2023" Forumuna və Azərbaycanla Gürcüstan arasında yüksək əlaqələrin inkişafına veridikləri töhfələrə görə təltif olunma mərasimi keçirilib.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARQeyd edək ki, Forum "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə Gürcüstan-Azərbaycan Evində keçirilib.
Gürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARGürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLARGürcüstanda "SOYDAŞ" Forumu keçirilib – FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 11 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr