ADY-nin ödəmə terminalında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
"Azərbaycan Dəmir Yolları" QSC ödəmə terminalında yaranan problemlə bağlı açıqlama yayıb.
ADY-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova BAKU.WS-ə bildirib ki, 2023063947 saylı ADY gediş kartının səyahətləri və balans yükəmələri üzrə araşdırma aparılıb:
"Aydın olub ki, sərnişinin öz səhfindən səhf yükləmə baş verib. Belə ki, Novxanı dayanacğında sərnişin turnuketdən çıxış etdikdən sonra balansını artrmaq məqsədi ilə köşkə yaxınlaşıb, sərnişin diqqətsizlik edərək köşkdə əsk olunan kart nömrəsinə baxmayaraq özündən əvvəl köşkdə balans yoxlayan sərnişinin kartına vəsait yükləyib.
Sərnişin özü şəxsən dayanacaq üzrə nəzarətçiyə məlumat verib. Nəzarətçi sərnişindən məlumatları alaraq sərnişinə bildirilib ki, araşdırmadan sonra vəsait sizin kartınıza geri qaytarılacaq. Səhv yükləmə barədə stansiya işçiləri tərəfindən mənə saat 19:35-də məlumat verilmişdir. Səhv yükləmə saat 19:19-da baş verib, bu isə qeyri-iş saatı olduğu üçün araşdırma növbəti günə saxlanıb.
Nəticə olaraq qeyd edim ki, 5 AZN vəsait 2023063947 saylı karta geri qaytarılıb".
Sərnişinlərdən xahiş olunur ki, oxşar problem və hallarla üzləşdikdə 1822 "qaynar xətti"nə zəng edə, ADY-nin Əlaqə Mərkəzinə və sosial media hesabına müraciət edə bilərlər.
***09:58
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ödəmə terminalında problem yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Elektrik qatarından gündəlik istifadə edən vətəndaşlardan biri dünən saat 19:19 radələrində ADY-ə məxsus ödəniş terminalından öz kartına 5 AZN vəsait köçürüb.
Terminalda ödənişin qəbul olunduğu və pulun hesaba köçdüyü göstərilsə də bir dəqiqə sonra əksi müşahidə edilib.
Belə ki, vətəndaş kartını ödəmə terminalına yaxınlaşdırdıqda hesaba heç bir vəsaitin köçmədiyi məlum olub.
Qeyd edək ki, məlum hadisə ötən gün Novxanı stansiyasında qeydə alınıb. Vətəndaş yaranmış problemlə bağlı stansiyanın məsul şəxsinə müraciət etsə də problem həll olmayıb.
Üstəlik ona deyilib ki, belə hallar tez-tez baş verir. Bildirilib ki, ödəmə terminalı sərnişindən əvvəlki şəxsin kartının şifrəsini yadda saxlayıb. Sərnişin kartı terminala yerləşdirdikdə qurğu yeni kartın deyil ondan əvvəlki kartın məlumatlarını yadda saxlayıb. Bununla da sərnişinin terminala ödədiyi 5 manat öz kartına deyil əvvəlki sərnişinin kartına köçüb. Problemin aradan qaldırılacağı və pulun balansa oturulacağı bildirilsə də məsələ hələ də həllini tapmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1228 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabr