"Azərbaycan rəhbərliyinin atdığı doğru addımlar ölkəmizin suverenliyinə qarşı olan bütün qüvvələrin maskasını ifşa etməkdədir" - ŞƏRH
Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Xankəndiyə çatıb.
"Son zamanlar baş verən hadisələr tam sübut edir ki, Qarabağda guya humanitar vəziyyətin olması ilə bağlı verilən bəyanatlar tam saxtadır və sırf siyasi xarakter daşıyır. Azərbaycan rəhbərliyinin atdığı doğru və ağıllı addımlar ölkəmizin suverenliyinə qarşı olan bütün qüvvələrin maskasını ifşa etməkdədir. O cümlədən də, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BXQ) etdiyi bəzi nüanslar. Onsuz da xeyli zamandır ki, bu komitənin Qarabağda fəaliyyəti şübhə doğurur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O bildirib ki, bir çox qanunuz fəaliyyətləri də Azərbaycan tərəfindən müəyyən olunub. Amma Rusiya Qırmızı Xaç Komitəsinə təzyiqlər BQX Komitəsinin Azərbaycan-Ermənistan münasibətlərində maraqlı tərəf olduğunu sübut edib.
"O tərəf ki, ölkəmizin suverenliyinin əleyhinə çıxır, ərazimizdəki separatist qüvvüələrə maddi və mənəvi dəstək verir.
Hesab edirəm ki, BQX komitəsinin Azərbaycandakı bu destruktiv siyasi fəaliyyətinə siyasi və hüquqi qiymət verilməlidir. Təşkilat yalnız öz nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Azərbaycanın öz ərazisində həqiqətən də humanitar yardıma ehtyacı olan şəxslərə kömək edəcək siyasi maraqlardan uzaq digər təşkilatlarla əməkdaşlıq etməsi zərurəti getdikcə artmaqdadır".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1070 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi
25 aprelNazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir
Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. Bu barədə -a Elm və Təhsil Nazirliyində
25 aprelBank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy
26 aprel"Son zəng" tədbirlərində QADAĞA
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind
26 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprel