Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? - "Qaçqınkom"un sevimli şirkəti batır

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? - "Qaçqınkom"un sevimli şirkəti batırBakıda bir sıra dövlət qurumların tenderlərinin qalibi olan və "tender kralı" adını qzanan "Bakinşaat Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) borc içində batır.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan "Bakinşaat Group" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 184 min 469 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisinin ölkədən çıxşına "stop" qoyulsa da, "Bakinşaat Group" MMC-nin əsil sahibi Yavər adlı sahibkardır.

O həmçinin Rusiyada otellər şəbəkəsinin də sahibidir. Onun Yessuntukidə sanatoriyası da var. Buna baxmayaq, həmin şəxs dövlətə və o cümlədən fərdi sahibkarlara olan borclarını qaytarmır. "Bakinşaat Group" MMC-ni isə öz köməkçisi Elşad Məmmədovun adına rəsmiləşdirib.

Hazırda Elşad Məmmədovun ölkədən çıxışına "stop" qoyulub. "Bakinşaat Group" MMC-nin əməkdaşlıq etdiyi şirkətlərə də külli miqdarda borcu yaranıb. Borc sahibləri müvafiq dövlət qurumlarına şikayətlərdə ünvanlasalar da, onların vəsaitləri MMC sahibi Yavər tərəfindən qaytarılmır.

"Bakinşaat Group" MMC-nin borclu olduğu şəxslərdən biri Qaynarinfo-ya bildirib ki, şirkət onun pulunu vermir.

Qeyd edək ki, "Bakinşaat Group" MMC mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin milyonluq tenderlərini udub. Təkcə 2020-ci ilin son rübündə komitə ilə "Bakinşaat Group" MMC arasında maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb. Müqaviləyə əsasən, MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirib.

"Bakinşaat Group" MMC rəhbərliyi isə dolayı yolla yaranmış borca görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini günahlandırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3325   Tarix: 12 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr