Ayaz Əsgərovun "yol əməliyyatı" - Yardımlının yolları büdcə pullarının "məzarlığına" çevrilib
Yardımlı Rayon İcra Hakimiyyəti rayon yollarının təmirinə başlayır.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Pro Təmir Tikinti" MMC seçilib. Yolların təmirinə 754 488,57 AZN xərclənəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Pro Təmir Tikinti" MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var.
Mediada şirkətin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb. Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O bu ilin iyununda işdən çıxarılıb.
Mahir Mirzəyev barəsində mediada dərc edilən materiallardan aydın olur ki, icra hakimiyyətinin tenderlərini əsasən o, keçirir və müsabiqələrdə özünə yaxın şirkətlər qalib seçilir. Görünür, bu faktlar icra başçısı Ayaz Əsgərovu Mahir Mirzəyevi işdən çıxarmaq məcburiyyətində qoyub.
Lakin onun quruma hələ də təsiri qalır. İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyevin Mahir Mirzəyevin əmisi oğlu olduğu deyilir.
İddialara görə, keçmiş müavin tender məsələlərini indi onun əli həll edir. Təbii ki, burada icra başçısının da mövqeyi nəzərə alınır.
Yardımlı Rayon İcra Hakimiyyəti bu ilin avqustunda da "Pro Təmir Tikinti" MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 59 619,85 AZN olan müqavilədə Yardımlı rayonunda abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Yardımlı Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 754 726,03 AZN, 2021-ci ildə 739.068,8 AZN, 2020-ci ildə isə 754 110,59 AZN xərcləyib. Bu ilki xərci də bura əlavə etsək, məlum olur ki, icra hakimiyyəti 3 il ərzində yollara 3 002 393,99 AZN "səpib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1636 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrınd
26 aprelAzərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ
Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıql
26 aprelMEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama
"APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasınd
24 aprelAzərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa
25 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprelHüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır? - AÇIQLAMA
Hüquqi mübahisələrin taleyini çox vaxt tərəflərin təqdim etdiyi sübutlar müəyyən edir. Eyni hadisə ilə bağlı fərqli iddialar irəli sürüldükdə, məhkəmə qərarı məhz faktların nə dərəcədə əsaslandırıldığına söykənir. Bəs görəsən hüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır? . Hüquqşünas Xanım Yusifov
24 aprelAli təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB
Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir. Xüsusilə ali təhsilli şəxslər üçü
26 aprel