Sabirabadda qadının ölümü ilə bağlı prokurorluğun qərarı ləğv edilib

Sabirabadda qadının ölümü ilə bağlı prokurorluğun qərarı ləğv edilibSabirabadda qadının intiharı ilə bağlı prokurorluğun cinayət işinin başlanması ilə bağlı verdiyi xitam qərarından şikayətə baxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayət üzrə qərar elan olunub.

Qərara əsasən, Sabirabad Rayon Prokurorluğunun "cinayət işi üzrə icraata xitam verilməsi haqqında" 5 aprel 2023-cü il tarixli qərarı ləğv edilib və cinayət işi üzrə əlavə istintaqın aparılması üçün iş rayon prokurorluğuna göndərilib.

Məlumatı hüquq müdafiəçisi Samir Zeynalov və zərərçəkmişin ailə üzvləri təsdiq ediblər.

Qeyd edək ki, Sabirabad rayonu, Əlicanlı kənd sakini, Səmayə Xalid qızı Zeynalova 24 aprel 2021-ci il tarixdə yaşadığı Cavad kəndində özünü nar ağacından asaraq intihar edib.

Lakin Səmaya Zeynalovanın valideynləri qızlarının özünü asaraq intihar etdiyinin yalan olduğunu, onun qətlə yetirildiyi barədə çoxsaylı sübut gətirərək Sabirabad Rayon Prokurorluğuna şikayət ediblər.

Sabirabad Rayon Prokurorluğunda aparılan istintaqın sonunda hadisə depressiya vəziyyətində intihar kimi qiymətləndirilərək 19 iyul 2021-ci il tarixdə cinayət işinə xitam verilib.

Qərardan narazı qalan S.Zeynalovanın anası Dilarə Əkbərova Baş Prokurorluğa şikayət edib. Sabirabad Rayon Prokurorluğunun 19 iyul 2021-ci il tarixli qərarı ləğv edilib. Cinayət işi üzrə icraat yenidən Sabirabad Rayon Prokurorluğuna göndərilib.

Prokurorluqda işə yenidən baxılıb. Sabirabad Rayon Prokurorluğu 5 aprel 2023-cü il tarixli qərarı ilə həmin fakt üzrə başlanılmış cinayət işi üzrə icraata cinayət hadisəsi olmaması əsası ilə xitam verilib.

İş üzrə Sabirabad Rayon Məhkəməsi də cinayət işi üzrə Sabirabad Rayon Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq zamanı maddi və prosessual hüquq normaları pozulmadığı və qanunlara düzgün əməl edildiyi qənaətinə gəlib.

S.Zeynalovanın valideynləri prokurorluğun və birinci instansiya məhkəməsinin qərarlarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 13 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr