Şəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTO
"Səbuhisiz bir il necə keçdi, bilmirəm. Elə hiss edirəm ki, hər dəqiqə yanımdadır. Uşaq evində olanda gözümüz qalırdı pəncərədə ki, nə vaxt buradan çıxacağıq? Kaş elə orada, amma yan-yana qalardıq. Çünki oradan çıxandan sonra biz dərk etdik ki, əsl həyat nə qədər çətin imiş".
Bu sözləri Oxu.Az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.
O deyir ki, qardaşı barədə keçmiş zamanda danışmaq ona hər zaman ağırdır:
"Bu gün qardaşımla bərabər beş şəhidin anım günüdür. Sözün açığı, bir il o qədər tez gəldi keçdi ki, fikirləşirəm ki, necə yaşadım? Şəhid anaları, ataları ilə burada, məzar başında o qədər zaman keçirdik ki, elə bilirdim, qardaşım yanımdadır. Ürəyimin dərinliyində güləndə, ağlayanda, xoşladığı filmə baxanda elə bilirdim, yanımda oturub, mənimlə birgə baxır. Yoxluğunu hiss eləmədim. Qardaşımı da, məni də bu gün tək qoymadılar. Xalqımız sağ olsun, hər zaman dəstək oldu mənə. Bu elə bir itkidir ki, ailəmiz, əzizimiz olsun deyəndə kimsəmiz yox idi. İndi canımın parçasını itirdim, hamı bizə ailə yaxını kimi davranır".
Sənan qeyd edib ki, Səbuhi ilə həmişə evlərinin olmasını istəyiblər:
"Allaha hər gün deyirdim, məni qardaşımın yanında utandırmasın. Ata övladına istədiyini edə bilməyəndə necə boynubükük qalar, mən də Səbuhinin yanında eləyəm. Ona ailə mühiti yarada bilmədim, həyat bizi ayrı-ayrı yerlərə sovurdu. Allah bütün şəhidlərə rəhmət eləsin. Qardaşımdan sonra daha bir övladım oldu. Səbuhi qız uşaqlarını çox sevirdi. Mələk adından da xoşu gəlirdi. İkinci qızımın adını Mələk qoyduq. Qardaşım mələk oldu, qızım da onun mələyi olsun".
Sənan Əhmədov onu da qeyd edib ki, Xətai rayonu Əhmədli qəsəbəsində qardaşı Səbuhi Əhmədovun adını daşıyan küçə əsaslı təmir olunub.
Xatırladaq ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.
Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan edib. Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən hərbi qulluqçuların sayının 80, yaralananların - 282 olduğu bildirilib.
Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndində böyümüşdü.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1683 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrZəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrSürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala
3 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrYeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrAzərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
3 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabr