Oğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTO

Oğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTO"Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq".

Bu barədə Media.Az-ın redaksiyasına Kürdəmir rayon sakini, oğlu osteoporozdan əziyyət çəkən Turan Heydərova müraciət edib.

Son beş il ərzində 15 yaşlı Knyaz sümüklərin sıxlığının azalması ilə müşahidə olunan ağır sistem xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nəticəsində sümüklər bərkliyini itirir və hətta kiçik bir təsir və ya təzyiq nəticəsində qırıla bilərlər.

Yeniyetmə artıq 11 əməliyyat keçirib və bu, son deyil. Buna baxmayaraq, xəstəlik geri çəkilmir. Sonuncu əməliyyatdan sonra həkimlər bahalı reabilitasiya terapiyası təyin etsələr də, ailənin buna imkanı çatmır. Knyaz artıq bir aya yaxındır ki, onun üçün qiymətli olan vaxtını itirib...

15 yaşlı Knyazın anasının sözlərinə görə, qohumları və dostlarının köməyi ilə onlar 11 əməliyyat keçirməyə imkan edə biliblər.

"Kredit, borc götürdük, qiymətli əşyalarımızı satdıq... Bütün bu əməliyyatlar özəl klinikalarda aparılıb, dövlət klinikaları bu cür əməliyyatlara yaxın durmur. Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq. Lakin bu müddət ərzində xüsusi müalicədən keçmək lazımdır. Bir ay keçib, amma biz hələ heç nə almamışıq. Hələ damcısalan üçün istifadə olunan dərmanlardan biri 285 manatdır. Apteklər onu bizə borc verməkdən imtina edirlər. Bizim hesablamalarımıza görə, bir aylıq müalicə 1000 manata başa gələcək və altı ay belə davam edəcək. Bundan əlavə, oğlumu müalicə edən professor mütəmadi müayinələr təyin edir. Hər dəfə Bakıya getmək isə əlavə xərcdir", - deyə qadın bildirib.

O, göz yaşlarını güclə saxlayaraq oğlunun ayağındakı ağrının ona əzab verməsini, gecələr yatmadığını deyir.

"Tikişlər ayrılıb və imkanım olmadığı üçün ona kömək edə bilmədiyimə görə vicdan əzabı çəkirəm. Hər bir ana kimi mən də oğlumun məktəbə getməsini, dostları ilə vaxt keçirməsini, əsgərliyə getməsini istəyirəm. Həkimlər bizə belə bir ümid verirlər! Xahiş edirəm, Knyaza kömək edin! O qədər iş görülüb ki, yarıyolda dayanmaq insana pis gəlir. Kömək üçün müraciət etmədiyimiz tanışımız qalmayıb. Evdə qiymətli əşya da qalmayıb", - deyə Turan xanım giley edir.

Biz laqeyd olmayan hər kəsdən mərhəmət göstərərək bacardıqca kömək olmağı xahiş edirik.
Oğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOOğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTOTuran xanımla (+994 51) 487 20 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1206   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr