Əməkhaqları artırıla bilər

Əməkhaqları artırıla bilərDünya bazarlarında "Azeri light" markalı Azərbaycan nefti bahalaşıb.

Ötən gün keçirilən hərracların yekununda "Azeri light" markalı neftin qiyməti 2 dollara yaxın artaraq 100 dolları keçib və 100,53 dollar olub. Bu son bir ildə neftin ən yüksək qiymətidir.

Neftin qiymətinin artmasının əsas səbəbi nədir? Bu proses nə qədər davam edə bilər? Qiymətlərdə vəziyyətin belə olması iqtisadiyyatımıza hansı təsirləri göstərəcək?

Sonxeber.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Modern.az-a deyib ki, bahalaşma qlobal bazarda neft tədarükçülərindən biri olan Azərbaycan üçün bir sıra mühüm üstünlüklər yaradır:

"Neftin bahalaşması qlobal bazarda enerjiyə tələbin artması ilə bağlıdır, beynəlxalq tələbin uzun müddət yanacaq istehlakını bu normada davam etdirməsi neftin 90-100 dollar civarında satışını da saxlamış olacaq. Neftin bu qiymət aralığında dövr etməsi isə Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olacaq, Dövlət Neft Fondunun rezervləri yüksələcək. Hazırda Fondun 57 milyard dollar valyuta ehtiyatı formalaşıb və neftin bahalaşması fonunda bu rezervlərin 60 milyard dolları ötməsi gözləniləndir. Eyni zamanda, neftin bahalaşması dövlət büdcəsinə neft sektoru üzrə vergi daxilolmalarının həcminin artmasını da stimullaşdıra bilər. Bu da büdcənin gəlir və xərclərinin artırılması üçün mühüm əhəmiyyət daşıyır".

A.Hüseynov qeyd edib ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub, amma hazırda neftin real qiyməti büdcədəki həddən 40 dollar yüksəkdir:
Əməkhaqları artırıla bilər"Hazırkı qiymət indeksi bu tempdə qalacağı təqdirdə büdcədə neftin qiymətinin artırılması istisna deyil. Bu isə sözsüz ki, büdcənin gəlir və xərcləri üçün dayanıqlı fiskal mənbə olacaq. Nəticədə əlavə xərcləmələr üçün, xüsusən də, fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır. Yaxın günlərdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin tərtibi başlanacaq ki, yuxarı neft qiymətləri şəraitində gələn ilin büdcə xərclərinin daha da artırılması mümkün olacaq. Büdcə xərclərinin artması isə ilk növbədə, azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin, Böyük Qayıdış proqramının sürətlənməsi və əhatə dairəsinin genişlənməsinə səbəb olacaq. Eyni zamanda, büdcədə əlavə xərclərin yaranması sayəsində iqtisadi və sosial proqrmalar üçün əlavə mənbə formalaşacaq ki, nəticədə əməkhaqları, pensiya və müavinətlərin, digər sosial ödənişlərin yenidən artırılması mümkün olacaq. Hökumət əlavə gəlirlər yarandıqca bu vəsaitləri əməkhaqqı və pensiyaların mütəmadi artırılmasına yönəldir. Ona görə də, gələn il sosial siyasətin əsas prioritetlərindən biri kimi sosial istiqamətlərdə artımların təmin olunacağı istisna deyil".

Milli Məclisin digər iqtisadçı deputatı Vahid Əhmədov da deyib ki, Azərbaycan neftinin bahalaşması dövlət büdcəsinə, o cümlədən Dövlət Neft Fonduna əlavə gəlirlər gətirir:

"Məlum məsələdir ki, dövlət büdcəsinin neftdən asılılığı çoxdur. Məhz buna görə də, neftin qiymətinin qalxması büdcə daxilolmalarının artması baxımdan vacib əhəmiyyət daşıyır".

Deputat Azərbaycan neftinə tələbatın kifayət qədər artdığını bildirib:

"Neftin bahalaşmasının əsas səbəblərindən biri Ukrayna ilə Rusiya arasındakı müharibəyə görə şimal qonşumuza tətbiq edilən sanksiyalardır. Rusiya neftindən bir sıra dövlətlər faktiki olaraq imtina ediblər. Ona görə də, Azərbaycan neftinə və qazına tələbat kifayət qədər böyükdür".
Əməkhaqları artırıla bilərV.Əhmədov söyləyib ki, neftin qiyməti kəskin bahalaşmasa da, 80 dollar həcmindən artıq olacaq:

"Hesab edirəm ki, neftin ucuzlaşması hələ gözlənilmir. Neft ola bilsin ki, daha ciddi bahalaşmasa da, 80 dollardan yuxarı səviyyədə qalacaq. Hələ ki 1 barel neftin qiyməti ortalama 85 dollar olaraq hesablanır. Bu da bizə sərf edir. 2023-cü il üzrə dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub. Gələn il bu məsələ yenidən müzakirə edilə bilər. Neftin qiymətinin yüksək olması dövlət büdcəsinə, ümumiyyətlə Azərbaycan iqtisadiyyatına təsir edən əsas amillərdən biridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2770   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr