Nərdtaxtanın içinə məktub qoyub, döyüşə yollanan "Zayçik" – BİZİM KÜÇƏLƏR

Nərdtaxtanın içinə məktub qoyub, döyüşə yollanan "Zayçik" – BİZİM KÜÇƏLƏRHər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?

Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan bixəbərik. Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?

Lent.az elə burdan yola çıxaraq "Bizim küçələr" adlı rubrikasının növbəti yazısını təqdim edir.

Bu dəfə Ceyhun Səlimovun adına verilən küçənin tarixindən danışacağıq.

Həmin küçə Bakının Nəsimi rayonunda yerləşir. Keçmiş "Papanin" küçəsi.

Bəs, Ceyhun Səlimov kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Ceyhun Aqil oğlu Səlimov 1970-ci ilin dekabrın 23-də Bakı şəhərində anadan olub. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib. O, daha sonra yol maşınları çilingəri peşəsinə yiyələnib. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. Ceyhun hərbi xidmətdə olarkən tankçı peşəsinə mükəmməl yiyələnir.

Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır.

Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazıb: "Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim…Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov".

O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. Cəsur və qorxmaz bir oğlan idi. Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi. Çox cəld idi. Əsgər dostları ona "Zayçik" adını qoymuşdu.

Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan, Daşaltıdan, Kosalardan gəlməyə başlayıb. Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır. Bir neçə yoldaşı ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar. Ceyhun və digər yaralı yoldaşları vertolyotla Bakıya gətirilirlər. Xəstəxanada müəyyən edilib ki, Ceyhun 14 qəlpə yarası alıb. Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarılıb. 7 qəlpəni isə çıxartmağa qoymayıb.

Həkimlərə "Müharibədən sonra…" deyib.

20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır. 1992-ci ilin iyulun 9-da Ağdərənin alınması əməliyyatında iştirak edir. Ağdərənin alınmasına görə, o vaxtkı müdafiə naziri Rəhim Qaziyevin imzası ilə saat və pul mükafatı ilə mükafatlandırılıb. 3 günlük evə buraxılan Ceyhun, 2 gün Bakıda qaldıqdan sonra cəbhəyə yollanır.

Kasapet yüksəkliyi uğrunda güclü vuruşma gedirdi. Ceyhun Səlimovun ağır döyüşü Kasapet döyüşü olur. 8 nəfər döyüşçümüz mühüm yüksəkliyi döyüşə-döyüşə düşməndən azad edirlər. Bu anda düşmən snayperinin atəşi qəhrəman və vətənpərvər Ceyhunun gözlərini əbədi olaraq yumub. Yoldaşları söyləyir ki, ölümcül yaralı Ceyhun əlinə bir ovuc torpaq götürərək yoldaşlarına: "Bu torpağı qoruyun!" deyə bilib.

1992-ci il 13 iyul tarixində Ceyhun Səlimov qəhrəmancasına şəhid olur. Onun torpaq üstündə göstərdiyi şücaətlərə görə, Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixi Fərmanı ilə Səlimov Ceyhun Aqil oğlu ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.

Bu da belə, "Zayçik" adı ilə torpaqları son nəfəsinə qədər qoruyan Ceyhunu siz də tanıyın...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 797   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

12 oktyabr
.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11 oktyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

12 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr