Suraxanıda "Azərsu" əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO
Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:
"Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı "Azərsu" ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır".
Suraxanı Rayon Su Kanal İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:
"Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 851 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələcəkdə pensiyalar AZALACAQ
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç
11 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrBu ərazilərdə işıq olmayacaq
Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
12 oktyabr