Oruc tutarkən yol verilən səhv məqamlar hansılardır? - MÜSAHİBƏ

Oruc tutarkən yol verilən səhv məqamlar hansılardır? - MÜSAHİBƏSabahdan 11 ayın sultanı sayılan Ramazan başlayır. Oruc tutmağın insan orqanizminə xeyri böyükdür, bu barədə tibb işçiləri də müxtəlif məzmunlu materiallar paylaşırlar.

Bəs bu ərəfələrdə qida rasionu necə tənzimlənməlidir ki, orqanizmə ziyan olmasın? Hansı qidalara üstünlük verilməlidir? Saatlarla ac qaldıqdan sonra maye qəbulu doğrudurmu? Sulu, yoxsa bərk qidalar boş mədəyə daha çox ağırlıq verir?

Oxu.Az-ın bu və digər suallarını diyetoloq Leyla Nur cavablandırıb.

- Necə qidalanmaq lazımdır ki, Ramazan ayında özünü halsız, enerjisiz hiss etməyəsən?

- İnsanların orucluq vaxtı halsızlığının ən böyük səbəbi oruc tutanda imsak etməmələridir. Səhər erkən saatda oyanıb gündəlik enerji mənbəyi olan qidanı qəbul etməyəndə belə hal yaşanır. Qida isə doğru seçilməlidir ki, orqanizm özünü gün boyu zəruri maddələrlə təmin edə bilsin.

Çox vaxt səhərlər çoxlu çörək, mürəbbə, şirniyyat, eləcə də şirin çay istehlak etməyə üstünlük veririk. Bu tip bəsit karbohidratlardan geniş istifadə yanlışdır. Bu qidaların qəbulu zamanı insan orqanizmində qan şəkəri sürətlə qalxır və eyni sürətlə də enir. Bu səbəbdən də aclıq hissi erkən gəlir. Oruc olduğumuz üçün qida qəbul edə bilmirik və özümüzü halsız hiss edirik. Axşama qədər bu cür halsızlıq, təbii ki, gündəlik iş rejimində, eləcə də evdə zəruri işləri görməyimizə mane olur.

- İmsak menyusu necə tərtib edilməlidir?

- Bu menyu fərdi şəkildə, hər bir orqanizmə uyğun, balanslaşdırılmış formada tərtib edilməlidir. Üstünlük yumurta və yağ istehlakına verilsə də, duzsuz zeytun qəbulu da önəmlidir. Eyni zamanda, çərəzlərdən də istifadə edilməsi yaxşıdır. Əgər ağartı məhsullarından istifadə ediləcəksə, bunların duzsuz olmasına fikir vermək lazımdır. Duzlu ağartı məhsulu gün ərzində susuzluğu artıra bilər. Tam taxıllı çörək, tərəvəzlər də istifadə edilsə, menyu daha zəngin olar.

Bu formada tam balanslaşdırılmış qidaları qəbul etmiş oluruq və gün boyu halsızlıq, aclıq hissi yaşamırıq.

- Bəs iftarda daha çox yol verilən yanlışlar nələrdir?

- Bu bizim ən yaralı yerimizdir. Bununla bağlı gələn sualların sayı-hesabı yoxdur. Ən böyük yanlışlardan biri iftar açıldıqdan sonra qısa müddət ərzində normadan artıq maye qəbuludur. Bu, ziyandır. Eləcə də, tez-tez qarışıq qidalar istehlak etmək də həzm sisteminə çox böyük təzyiqdir. Bu, bütün gün ac qalan mədə-bağırsaq sisteminin fəaliyyətinin yüklənməsinə gətirib çıxarır. Eyni zamanda, qısa müddətdə qəbul edilən çox kalori çəki artımı ilə nəticələnə bilər.

İftar zamanı bəsit karbohidratlara yol vermək kökəlməyə və özümüzü çox ağır, halsız hiss etməyimizə gətirib çıxara bilər.

İftarı su ilə açırıqsa, çox az miqdarda su içib (təxminən yarım stəkan), 15-20 dəqiqə sonra qida qəbuluna keçilə bilər. Birinci qidada sulu yeməklərə üstünlük verilsə, yaxşı olar. Sulu yeməyi asta-asta yemək tövsiyə edilir. Növbəti qidaya keçməzdən öncə 20 dəqiqə fasilə vermək, evin içərisində yüngül hərəkətlər etmək (gəzmək, həyətə çıxmaq və s.) tövsiyə edilir. Bu, mədə-bağırsaq sisteminin həzm prosesini asanlaşdırır. İkinci yeməkdə karbohidrat, yağ, proteinlərdən təşkil edilmiş (mal, toyuq, qoyun əti, balıq, paxlalılar, tərəvəz salatları və s.) xörək seçilməlidir.

- İftardan nə qədər sonra normal maye qəbuluna keçmək olar?

- İftardan sonra ən az 45 dəqiqə fasilə verib, daha sonra maye qəbul etmək lazımdır. Maye qəbulu da az-az və tez-tez olsa, yaxşıdır. Yatmazdan bir saat öncə maye qəbulu dayandırılmalıdır.

Əgər mədənizdə problem yoxdursa, suya evdə hazırlanmış təbii alma sirkəsi əlavə edərək içmək olar. Bu, qidanın normal həzm olunmasına və qan şəkərinin "dalğalanmaması"na kömək edəcək.

- Bəs şirniyyat və meyvə qəbulu necə, faydalıdır, yoxsa ziyan?

- Tövsiyə edirəm ki, iftardan sonra meyvə və şirniyyat istehlak etmək istəyənlər bunu ən sona saxlasınlar. Ən yaxşısı isə meyvəni iftarda deyil, imsakda yeməkdən sonra ən azı bir porsiya tövsiyə edərdim. Eləcə də, azacıq şirniyyat qəbul etmək olar. Amma təbii ki, eyni anda yox, ikisindən birini seçmək mütləqdir.

- İftardan sonra idman zalına gedənlər də az deyil. Sizcə, bu, düzgündürmü?

- İftardan sonra yürüşə çıxmaq doğrudur. Bu, həzm prosesini də asanlaşdırır. Qidalandıqdan sonra uzanmaq və ya passiv dayanmaq tövsiyə edilmir. Amma ağır hərəkətlər də məsləhət deyil.

- Bəs kimlərə oruc tutmaq olmaz?

- Mədə xorası, mədəsində turşuluq normadan çox olan, bağırsaq problemlərindən əziyyət çəkənlərin, öd xəstəliyi olan şəxslərin oruc tutması tövsiyə edilmir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1779   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr