Braziliyada bu il denge virusuna yoluxanların sayı artıq 2023-cü ilin nəticəsini üstələyib
Braziliyada ilin əvvəlindən bəri denge virusuna yoluxma hallarının sayı 1,68 milyona çatıb ki, bu da 2023-cü ilin cəmi göstəricisindən çoxdur.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında deyilir.
Məlumata görə, ölkədə ümumilikdə 1 684 781 yoluxma halı (hər 100 min nəfərə 829,7 hal) aşkar edilib. 14,5 mindən çox insanda xəstəliyin ağır forması müşahidə edilir.
"Ölüm səviyyəsi 0,03 faizdir, təsdiqlənmiş ölüm halları 513-dür, 908 hal araşdırma mərhələsindədir", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü ildə Braziliyada ümumilikdə 1 658 814 dengeye yoluxma halı qeydə alınmışdı.
Qeyd edək ki, denge əsasən tropik və subtropik bölgələrdə yayılan virus infeksiyasıdır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpki, baş ağrısı və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virus "Aedes aegypti" növünün ağcaqanadları tərəfindən ötürülür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 559 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Zelenskidən bunu xahiş etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini açıqlayıb. xəbər verir ki, Tramp İllinoysda jurnalistlərə bildirib ki, "Bu, maraqlı məsələdir. Mən Prezident Zelenski ilə danışdım, dedi
28 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabr