Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO
Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana səs tellərindən istifadə etmədən danışmağa imkan verir.
Sonxeber.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Nature Communications" elmi jurnalında dərc olunan məqalədə xəbər verilib.
Bildirilib ki, cihazın işləməsi üçün batareya və ya elektrik bağlantısı tələb olunmur. O, elastik silikon materiala daxil edilmiş miniatür maqnitlərdən ibarətdir və funksional olaraq, insanın səslərin tələffüzü ilə əlaqəli boğaz əzələlərinin hərəkətlərini tanıya bilir. Bu əzələ hərəkətləri onun işləməsi üçün zəruri olan elektrik enerjisini istehsal etmək üçün də istifadə olunur.
Alimlərin sözlərinə görə, cihaz müxtəlif səbəblərdən səs telləri zədələnən insanlara kömək edə bilər.
Qeyd edək ki, cihazın praktiki nümayişi zamanı nitq problemi olmayan səkkiz nəfər sınaqlara cəlb olunub. Alqoritm cihazın elektrik impulslarını 95% dəqiqliklə nitqə çevirə bilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl
27 sentyabrQan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər
27 sentyabrNadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20 sentyabrGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28 sentyabrAlimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14 sentyabrGözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27 sentyabr"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20 sentyabrD vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu
D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə
23 sentyabr