Smartfonunuzun ömrünü uzatmağın 5 sadə üsulu
Əksər istifadəçilər bir neçə ildə bir dəfə yeni mobil telefon almaq ehtiyacı ilə üzləşirlər. Səbəb isə əvvəlki qadcetin nasazlığıdır. Əslində cihazı düzgün istifadə etməklə onun ömrünü uzatmaq mümkündür.
Lent.az bunun üçün bir neçə məsləhəti təqdim edir:
Yenidən yükləmə
Əgər istifadəçi həftələrlə, hətta aylarla smartfonu yenidən işə salmazsa, qadcetin uzun müddət işləməsi ehtimalı azdır. Ən azı həftədə bir dəfə mobil telefonunuza "istirahət" verin və yenidən yükləyin.
Lazımsız fayllar
Bu, sadəcə lazımsız fotoşəkilləri və lazımsız tətbiqləri silmək deyil. Siz həmçinin vaxtaşırı olaraq yaddaşı təmizləməlisiniz. Bu və ya digər proqram (ilk növbədə mesajlaşmalar) tərəfindən saxlanılan müvəqqəti fayllar da bura aiddir. Keşlənmiş məlumatlar cihazdakı yükü ciddi şəkildə artırır.
Antivirus quraşdırma
Cihazınızı zərərli proqramlardan qorumaq üçün smartfonunuza antivirus quraşdırmaq lazımdır. Ancaq bu zaman antivirusun özü də təhlükəsiz olmalıdır. Belə ki, antivirus proqramlarını təsdiqlənməmiş mənbələrdən yükləməyin.
"20-80" qaydasına əməl edin
Batareyanın səviyyəsi 20 faizdən aşağı düşmədən mobil cihazı doldurmaq məsləhətdir.
80-85 faiz səviyyəsini keçməzdən əvvəl şarj cihazını çıxarın. Başqa sözlə, batareya çox tez-tez doldurulmamalı və boşaldılmamalıdır.
Batareya nasaz olduqdan sonra smartfonunuzu atmayın
Batareyanın işləməməsi mobil telefonun özünün işləməməsi demək deyil. Yeni bir qadcet almaq əvəzinə, sadəcə batareyanı dəyişdirməlisiniz.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 974 Tarix: 18 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabrBu ölkədə ad günü məclisində baş verən atışmada 11 nəfər yaralanıb
Corciya ştatında parkda baş verən kütləvi atışma nəticəsində 17 və 18 yaşlarında on bir nəfər yaralanıb. xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat verib. Nəşr bildirir ki, "Ad günü məclisi iştirakçıları parkda toplaşdıqdan sonra başqa bir qru
28 sentyabrMoldovada bu səbəbdən qırmızı təhlükə elan edildi
Moldova meteorologiya xidmətinin rəsmi açıqlamasına görə, Dnestrin bəzi hissələrində və kiçik çaylarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən Moldova qırmızı təhlükə səviyyəsi elan edib. xəbər verir ki, Telegram kanalında deyilir: "Dnestr və Prut çaylarında, eləcə də əksər kiçik çaylarda suyu
28 sentyabrÇin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır
Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql
28 sentyabr