Azərbaycanda üçüncü kurs tələbələri işlə TƏMİN EDİLƏCƏK? - AÇIQLAMA

Azərbaycanda üçüncü kurs tələbələri işlə TƏMİN EDİLƏCƏK? - AÇIQLAMAGünümüzün ən böyük problemlərindən biri gənclərimizin iş tapa bilməməaisidir. Belə ki, tələbələr universitetdən məzun olduqdan sonra ixtisaslarına uyğun iş tapa bilmirlər. Bu baxımdan tələbələrin ikinci kursdan sonra, rəsmi əmək müqaviləsi ilə işləməsi üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlamasında bidirib ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığında daha çox nəzəri biliklərin öyrədilməsinə üstünlük verildiyindən, universiteti bitirən gənclər əmək bazarının tələblərinə cavab vermirlər. Bunun əsas səbəbi ali məktəblərdə tələbələrin istehsalat təcrübəsinin zəif təşkil olunmasıdır:

"Xüsusi ilə qeyd edim ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnaməyə görə, tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının (ali, orta ixtisas) tərkib hissəsi sayılır. Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Təhsil müəssisələri tələbələrin təcrübəsinin keçirilməsi məqsədi ilə ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu əsasnamənin tələblərini nəzərə alaraq, müvafiq tədris sənədlərini (tədris plan və proqramları) hazırlayır və təsdiq edir. Təcrübənin növlərinə gəlincə, bu proses tədris təcrübəsini, istehsalat (pedaqoji) təcrübəsini, o cümlədən diplomqabağı təcrübəni əhatə edir. Tədris təcrübəsi mütəxəssis hazırlığının xüsusiyyətlərini nəzərə almaqla, təhsil müəssisələri tərəfindən dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir. İstehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir.

Sözügedən əsasnaməyə görə, təcrübənin əsas vəzifələri tələbənin ali (orta ixtisas) məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq, tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək, pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrdə pedaqoji peşəyə olan meyil və marağı möhkəmləndirmək və təlim-tərbiyə işlərini yaradıcılıqla həyata keçirmək bacarığını inkişaf etdirməkdən ibarətdir".

Ekspert deyir ki, təcrübənin təşkilinə gəlincə, tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir.

"İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər. İstehsalat, diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda keçirilir. Magistr pilləsində təhsil alanlar isə pedaqoji və elmi-tədqiqat təcrübələrini təhsil aldıqları ali məktəblərdə və respublikada fəaliyyət göstərən elmi-tədqiqat qurumlarında keçirlər. Eyni zamanda, istehsalat təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Hal hazırda geniş yayılmış dünya təcrübəsində belədir ki, əgər tələbənin təcrübəsi olmayıbsa, o peşə üçün hazır hesab edilmir və həmin tələbəyə diplom verilmir. Mühazirələri dinləyirlər, seminarlarda iştirak edirlər, nəzəri məlumatları alırlar. Lakin oxuduqlarını praktikada tətbiq etməlidirlər. Praktikanın əhəmiyyəti böyükdür. İstər istehsalat müəssisəsi olsun, istər təhsil müəssisəsi, hər bir müəssisədə tələbələrə şəraitin yaradılması vacibdir. Onlara lazım olan texniki avadanlıq, otaq şəraiti, təcrübənin tələb elədiyi məqsədəuyğun nə varsa, hamısı qaydasında olmalıdır. Eyni zamanda insanlıq münasibətlərinə də diqqət edilməlidir. Bəzən praktikaya gedən tələbələrə aciz adam kimi yanaşırlar, düşünmürlər ki, sabah o, gələcəyin mütəxəssisi ola bilər. Ona görə də həm təhsil müəssisəslərində, həm də istehsalat müəssisələrində başdansovdu yanaşırlar, gənclərə yüksək səviyyədə şərait yaratmırlar. Düzdür, elə təhsil mərkəzləri var ki orada pedaqoji təcrübə çox yaxşıdır. Amma elə yerlər də var ki, orda tədris də səviyyəsizdir, pedaqoji təcrübə də səviyyəsizdir.Belə müəssisəsləri axtarıb tapmaq lazımdır. Bu halda, birinci növbədə təcrübənin keçirildiyi müəssisə cavabdehdir".

Kamran Əsədovun sözlərinə görə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu insan kapitalına yüksək dəyər verilən ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi, onun məzmununa və təşkilinə qloballaşma, informasiyalaşdırma tələbləri baxımından yanaşılmasını zəruriləşdiri:

"Qanunun 11-ci maddəsində əksini tapmış tələblərə görə, təhsilalanlar dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər. Bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələr bütövlükdə cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir:

1. "Təhsil haqqında" Qanunun qarşıya qoyduğu tələblər dərindən öyrənilməli, təhsilin sosial-tarixi məqsədi aydın təsəvvür olunub konkretləşdirilməlidir.
2. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.
3. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır".

Ekspertin fikrincə, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır: "Buradan da pedaqoji təcrübənin ali məktəblərdə müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha bütün parametrlərdə aşkara çıxır Pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. İlk üç semestr ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Özü də bu təhsil mərhələsinə başlama ali (orta ixtisas) məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura üzvlərinin bir növ şahidliyi, metodik tövsiyələri ilə başlayır. Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir".

Son olaraq Kamran Əsədov qeyd edib ki, təcrübə sosial sərvətdir və pedaqoq olacaq gənclərin pedaqoji təcrübə prosesi iki mahiyyətlidir:

1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin tədris sistemini müşahidə etməklə, dərslərində iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə yiyələnirlər.
2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər.

Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan və "zaçot"larda yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1581   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Azərbaycan-Serbiya dostluq münasibətləri bundan sonra daha da möhkəmləndiriləcək" - DEPUTAT

"Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat bir daha onun nə qədər güclü və uzaqgörən siyasətçi olduğunu sübut edir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat bildirib ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyini

17 fevral
.

Kürdə batan var

Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək

17 fevral
.

Qar uçqunu təhlükəsi ilə bağlı - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var. xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalar

16 fevral
.

Bu ərazilərdə partlayış səsləri eşidiləcək

Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda

16 fevral
.

Bakı Apellyasiya Məhkəməsi-nin qərarı mübahisə doğurdu: "Çıxarışlı mənzil məhkəmə qətnaməsi ilə əlindən alınıb" - ŞİKAYƏT

Azərbaycanda mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı növbəti qalmaqallı məhkəmə işi ictimai müzakirəyə səbəb olub. -a müraciət edən vətəndaşın şikayətinə görə, dövlət qeydiyyatından keçmiş və çıxarışla təsdiqlənmiş mənzil Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli qətnaməsi il

16 fevral
.

Sabah 23 dərəcə isti olacaq

Azərbaycanda fevralın 17-də havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gec

16 fevral
.

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş (FOTO)

Dünən Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın qeydə alınıb. Unikal-a istinadən xəbər verir ki, araşdırmalar zamanı alovlanan villanın sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətində olduğu müəyyənləşib. Bildirilib ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəs

16 fevral
.

Novruza özəl yeni "Uduş xonçası" lotereyası satışa çıxıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ilə bu Novruz xonçası müxtəlif uduşlarla zəngin olacaq. Bayrama özəl yepyeni Poz-Qazan oyunu "Uduş xonçası"nda toplam 4 milyon manatdan çox uduş var. Qiyməti 3 manat olan lotereya biletlərinin ümum

17 fevral
.

Məşhur meyxanaçı ağır əməliyyatdadır

Meyxanaçı Orxan Lökbatanlı səhər saatlarında əməliyyata girib. -ın verdiyi məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı hazırda əməliyyatdadır

16 fevral