"Ən böyük xəyanət"i edən qadın ömürlük həbs olundu
ABŞ-da 16 aylıq qızını evdə tək qoyub Puerto Rikoya tətilə gedən qadına ömürlük həbs cəzası verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 32 yaşlı Kristel Kandelario 2023-cü ilin iyun ayında qızı Jayleni Klivlenddə yalnız qoyaraq evi tərk edib. 10 günlük məzuniyyətdən sonra evə qayıdan ana qızcığazın meyitini tapıb və təcili yardım çağırıb. Həkimlər uşağa kömək edə bilməyiblər. Jaylen ciddi şəkildə susuz qalıb və onun meyiti oyuncaqların yanında tapılıb.
Kandelario fevral ayında günahını etiraf edib. Bazar ertəsi, martın 18-də o, ömürlük həbs cəzasına məhkum edilib. Qadının valideynləri mərhəmət istəyib. Onlar təqsirləndirilən şəxsin psixi problemlərinin olduğunu göstərən ifadələr veriblər. İddiaya görə Kandelario dərmanlarını qəbul etməyi dayandırıb. Bu da onun depressiya və narahatlığını daha da pisləşdirib, nəticədə müvafiq qərarlar qəbul etmək qabiliyyətinə təsir edib. "Mən bəhanə gətirməyə çalışmıram, amma heç kim necə əziyyət çəkdiyimi və nələrdən keçməli olduğumu bilmir" deyə qadın məhkəmədə bildirib.
Məhkəmə bu əsaslandırmaları qəbul etməyib. "Ana ilə uşaq arasındakı bağ ən saf və müqəddəs bağlardan biridir. Bu, danılmaz sevgi, inam və qorunmaya əsaslanan bir münasibətdir. Mümkün olan ən böyük xəyanəti etdiniz" deyə hakim Brendan Şihan çıxışında vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1023 Tarix: 22 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Çelsi"nin keçmiş sahibi vəfat etdi
İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyulNASA könüllülər axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-c
10 iyulTürkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
12 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyul