Aİ Navalnının ölümü ilə əlaqədar Rusiyaya sanksiya tətbiq edib
Avropa İttifaqı Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə əlaqədar İK-6 və İK-3 islah müəssisələri, habelə Rusiyanın ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsinin hakimləri, polis əməkdaşları və Federal Penitensiar Xidmət da daxil olmaqla 33 şəxsə sanksiya tətbiq edib.
"Report" "Avropa İttifaqının rəsmi jurnalı"na istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının fərmanında qeyd olunub.
Sanksiya siyahısına ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsi sədrinin birinci müavini Petr Serkov, Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının sədri Vladimir Zaytsev, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi koloniyaların rəisləri və müavinləri, habelə onların əməkdaşları, o cümlədən İK-6 cəzaçəkmə koloniyasının həkimi daxildir.
Aİ-nin qara siyahısında olan bütün şəxslərin İttifaq ərazisinə daxil olması qadağandır və onların aktivləri, Aİ-də aşkar edilərsə, dondurulacaq.
Hüquqi şəxs olan İK-6 və İK-3 islah müəssisələrinə gəlincə, Avropa biznesinə onlarla hər hansı əlaqə saxlamaq və onlara istənilən formada – istər kredit, istərsə də investisiya şəklində maliyyə resursları təqdim etmək qadağandır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 920 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Çelsi"nin keçmiş sahibi vəfat etdi
İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyulNASA könüllülər axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-c
10 iyulTürkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
12 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyul