Bakıdakı kilsələrə kimlər "cadu sındırmağa" gedir? – İlahiyyatçıdan REAKSİYA
Azərbaycanda qadınların çoxu kilsəyə fala baxdırmağa gedirlər. Onlarda belə fikir formalaşıb ki, xristianlar daha güclü falçılıq edə bilirlər.
Dünya yaranandan bəşər övladına gələcək, həyatın necə davam edəcəyi, öz taleyi maraqlı gəlib. Bu marağa xidmət edənlər isə sonradan sehrbaz, kahin, falçı, baxıcı, cadugər adıyla ortaya çıxıblar. Bütün dönəmlərdə insanlar sadalananların köməyi ilə nəyisə dəyişəcəklərini, gələcəyi öyrənəcəklərini zənn ediblər. Bu gün də falçıya gedən, böyük məbləğdə pul, bahalı əşya müqabilində falçıdan mədət umanlar var.
Bəzi hallarda daha inandırıcı olsun deyə müxtəlif dinlərdən istifadə edərək bu işi icra edənlər var. Elə insanlarımız da məscid və kilsədə edilən əməl daha qüvvətli olar deyə ibadət yerlərinə üz tuturlar.
Azərbaycanda qadınlar arasında yayılan fikirlərdən biri də xristian falının, xristian cadusunun daha güclü olması fikridir. Bu səbəbdən kilsələrə üz tutanlar az deyil. Bunu görmək üçün bazar günü paytaxtda fəaliyyət göstərən xristian kilsələrinə gedib ətrafı müşahidə etmək kifayətdir.
Bəs, bu deyim nədən qaynaqlanır? İbadət yerlərində falçılıq necə qəbul olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, həmin yerlər ibadət, dua etmək üçün yaranıb:
"Məscid də, sinaqoq da, kilsə də ibadət üçündür. Hər üç dində bunlar məbədgah hesab olunur və Allaha ibadət etmək üçün nəzərdə tutulub. Təəssüf ki, buna müəyyən müdaxilələr olunub. Bu gün müsəlmanlarlarda məscid dəfn bürosu kimi fəaliyyət göstərir, ölü işlərinə baxır. Kilsələrdə də müxtəlif dövrlərdə o kimi şeylər olub. Bizimkilər gedə bilərlər, amma indi keşişlərin belə bir şey etdiyinə inanmıram. Bu, düzgün də deyil və böyük günahdır. İstər məscid, istərsə də kilsə olsun, əgər hansısa ruhani, din xadimi bununla məşğul olursa, o, günah iş görür.
Ola bilər ki, kimsə nədənsə əziyyət çəkər, ona hansısa dua etmək məsləhət görülər və bu məqsədlə din xadiminə müraciət etmək olar. Bunu da bizim insanlarımız qarışdırırlar. Biri eşidir ki, şəfa duası deyilən bir şey var, din xadiminə müraciət edir ki, mənə dua yaz. Bunu cadu ilə qarışdırmaq, hamısının da adını falçılıq qoymaq olmaz. Yaxud kimsə xaç suyu haqqında eşidib, bu məqsədlə gedir, onu da başqa cür qiymətləndirirlər. Hər bir halda kilsədə, məsciddə belə şeylərlə məşğul olmaq düzgün deyil".
O, xristianların falçılıq qabiliyyətlərinin daha güclü olması fikrinə də münasibət bildirib:
"Belə müxtəlif yozumlar var ki, guya xristianların, yəhudilərin etdiyi cadular daha qüvvəlidir. Bunlar dildə olan sözdür, çünki ümumiyyətlə, cadu-piti şeytan əməlidir. O işi müsəlman da, xristian da, yəhudi də görə bilər. Lakin bunlar günah əməllərdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Oktyabrda hava necə olacaq?
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır