Küçədə üzəri açıq halda satılan balıq və toyuqlar TƏHLÜKƏLİDİR? - VİDEO
Son zamanlar paytaxtın müəyyən küçələrində və metroların çıxışlarında balıq və toyuq məhsullarının satışına rast gəlinir. Antisanitar şəraitdə, üzəri açıq olan belə məhsulların satışı zamanı qaydalara demək olar ki, əməl olunmur. Üstəlik bu məhsulların haradan gətirilməsi belə sual altındadır. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları belə xəbərdarlıq edirlər.
Üzəri açıq vəziyyətdə olan toyuq məhsulları və vannalarda, yeşiklərdə gigyenik normalara cavab verməyən balıqlar daha çox metro stansiyaların çıxışında və həmin əraziyə yaxın yerlərdə bunlara rast gəlinir. Qiymətinin ucuzluğuna müştərini cəlb edən bu məhsullar AQTA nəzarəti olmadan alıcılara təqdim olunur. Sonxeber.az xəbər verir ki, "ATV Xəbər"in əməkdaşları bu məhsulların haradan gətirilməsi ilə bağlı satıcılarla danışmaq istəyib. Lakin, bəziləri qaçmağa, bəziləri isə min bir bəhanə ilə suallardan yayınmağa çalışıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, saxlanma qabiliyyətinə görə ət, toyuq və balıqlar tez xarab olan məhsullar sayılır. Ona görə də bu məhsulların düzgün saxlanılması və satışa çıxarılması əsas şərt hesab olunur:
"Küçə şəraitində satılan mallar insanların tədricən zəhərlənməsinə səbəb ola bilər. Bu xəstələliklərin mənşəyini heç həkimlər belə tapa bilmirlər".
Ətraflı "ATV Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 975 Tarix: 26 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunAzərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyul