İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"

İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"Martın 23-də itkin düşən Cəlilabad rayonu, Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" onun anası Gülnisə Kərimova ilə həmsöhbət olub.

G.Kərimova bildirib ki, qızı 10 ilə yaxındır ki, Türkiyə vətəndaşı Fərid Çalqıçı adlı şəxslə ailə qurub. Müəyyən vaxtdan sonra onların ailədaxili münaqişələri yaranıb. Ananın iddialarına görə, Türkiyədə yaşadıqları vaxt qızı və nəvələri Fərid tərəfindən dilənçiliyə məcbur edilib.

Onun sözlərinə görə, Ş.Kərimova Azərbaycana qayıdandan sonra ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Tərəflər arasında münaqişə bundan sonra daha da kəskinləşib. Sonradan Fərid oğurluq etdiyinə görə üç illik həbsə düşüb:

"Ərinin Türkiyədəki qohumları qızımı dəfələrlə ölümlə hədələyiblər. Novruz bayramı qabağı yenicə həbsdən çıxan Fərid Çalqıçı qızıma qarşı təzyiqləri davam etdirib və onu hədələyib. Qızım övladlarının həyat yoldaşı tərəfindən oğurlanacağından ehtiyat edirdi. Martın 23-də o, axşam saatlarında yaşadığı ünvanı qorxusundan tərk edib".

Qeyd edək ki, bu gün polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəfəq Kərimova üç azyaşlı övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"İtkin düşən qadının anası: "Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 26 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO

Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb. Məlumat -ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib. Qeyd olunub ki, 200-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanl

28 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

Murad Adıgözəlzadə baba oldu

Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il

28 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala

29 sentyabr
.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr