Sürücülər illər əvvəl pozduğu qaydaya görə indi cərimələnə bilərmi? - AÇIQLAMA
Qayda pozan sürücünün videosu sosial şəbəkələrdə yayılır. Sürücü polis bölməsinə dəvət edilir. Avtomobili duracağa yerləşdirilir və cərimə tətbiq edilir. Amma məlum olur ki, yayılan görüntülər əslində illər öncə çəkilib. Oxşar hadisə Şəkidə yaşanıb. Qayda pozuntusu edən sürücü 3 il sonra polis bölməsinə dəvət olunub.
Sonxeber.az xəbər verir ki, "ARB Xəbər"in əməkdaşları paytaxtda sürücülərin fikirlərini öyrənməyə çalışıb. Onlar sözlərinə görə, qanun vaxtında icra olunsa daha yaxşı olar. Əks halda bu məsələ maddi vəziyyətdən daha çox, psixoloji vəziyyətə gətirib çıxarır.
Burada söhbət sürücülərin bir neçə il öncə törətdiyi qayda pozuntularından və həmin pozuntulara qarşı görülən gecikmiş tədbirlərdən gedir. Bəs illər əvvəl törədilən qayda pozuntusuna görə sürücüyə cərimə yazıla bilər?
"İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati xəta törətdiyi vaxtdan 4 ay keçdikdən sonra inzibati məsuliyyətə cəlb oluna bilməz. Məcəllənin prinsiplərindən biri də qanunçuluqdur. Bu prinsiplə şəxs inzibati orqanın hərəkət ilə bağlı yuxarı orqana və məhkəməyə, o cümlədən prokurorluğa şikayət verə bilər".
Avtoxuliqanlığa görə məsuliyyətə cəlb etmənin müddəti 4 ay olsa da, digər yol hərəkət qaydalarının pozulmasına dair müddət 1 ilə qədərdir. Bu vaxt ərzində qayda pozuntusu aşkarlanmasa sonrakı dövrdə sürücü həmin əmələ görə məsuliyyətə cəlb edilə bilməz.
Ətraflı "ARB Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1614 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunGəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru
29 iyunKDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyun