Xocalı qatilinin qızı HƏBS OLUNDU
Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib.
Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub.
N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır.
Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil. Bundan əvvəl Naira Qriqoryaın atası, qardaşı və anası da müxtəlif cinayətlərdə ittiham olunub. Ümumiyyətlə Qriqoryanlar Ermənistanda "kriminal ailə" kimi məşhurlaşıb.
Belə ki, general Manvel Qriqoryan hələ 2018-ci ilin iyununda külli miqdarda dövlət əməlakını mənimsəməkdə, qanunsuz silah saxlamaq və gəzdirməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsindən sonra Eçmiadzin şəhər meri vəzifəsindən istefa verməyə məcbur olan oğlu Karen Manvelyan da saxlanılmışdı.
O da atası ilə birlikdə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu.
Bir müddət sonra Manvelyanın arvadı Nazik Amiryan da əvvəlcədən razılaşma əsasında bir qrup şəxslər tərəfindən qanunsuz silah saxlama, əldə etmə və ya daşıma əməllərini törətməkdə şübhəli bilinmiş və barəsində həbs qətiimkan tədbiri seçilmişdi.
Nəhayət həbs olunma növbəsi ailənin qızı Naira da çatdı. General Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarındandır. O, Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın "Yerkrapa" könüllüləri ittifaqının sabiq sədridir.
Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
M.Qriqoryan Qarabağ müharibəsində əsir götürülən bir azərbaycanlını 4 il evində qul kimi saxlayıb işlətmişdi.
M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib.
1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon dram girov qoymaq qarşılığında zaminə buraxılıb.
M.Qriqoryan İkinci Qarabağ Müharibəsi başlayandan sonra - oktyabrın 7-də Qarabağ bölgəsinə gəlmişdi. Lakin orada səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görmüşdülər. Ermənilər onu Azərbaycan hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyatlanaraq, Yerevana qaytarmışdılar.
M.Qriqoryan 2020-ci ilin noyabrında infarktdan ölüb.(Modern.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda iri anbar yanır - Hadisə yerindən ƏN SON MƏLUMATLAR - YENİLƏNİR - FOTO - VİDEO
XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı
Bakıda yanan anbar məşhur şirkətin imiş
Ən böyük təyyarə "qəbiristanlığı": 4000 min hava gəmisi, 34 milyard dollar...
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Hərbçilərimiz ermənilərin gedərkən basdırdığı minaya düşüb
Saçlarınız niyə tez yağlanır? - 5 gizli səhv
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
20 günün əsgəri vəfat etdi
71 yaşlı əməkdar artist TANINMAZ HALDA - VİDEO
"Yeşilçam"ın "Sezercik"i indi necə görünür? - Son halı insanları təəccübləndirdi
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
Məşhur tarixi abidənin sökülməsi böyük narazılıq yaratdı
Əsnəməyin əsl səbəbi bəlli oldu - Qarşısını almaq mümkün deyil