Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yeganə şey bu deyil.
Keyt Middlton kral ailəsinin xərçəng xəstəliyinə tutulmuş üçüncü üzvü oldu.Şahzadə və Kral III Çarlzdan başqa, şahzadələr Yevgeniya və Beatrisin anası Sara Ferqyuson da xərçənglə mübarizə aparır.
Ferqyuson ilk dəfə keçən yay xərçəng olduğunu öyrənmişdi. Növbəti mamoqramma zamanı ona döşündə şiş diaqnozu qoyulub. O, mastektomiya əməliyyatı keçirib. Daha sonra Saraya dəri xərçəngi - melanoma diaqnozu qoyuldu.
Karl ölümcül xəstəliyini prostat əməliyyatından sonra öyrəndi. Monarx kimyaterapiya alır.
Şahzadə Middltonun xərçəng olduğunu açıq elan etmək istəməyib.O, itkin düşməsi ilə bağlı çoxsaylı qalmaqallara görə bunu etməli olub. Vindzor nümayəndəsinin şahzadənin planlaşdırılmış əməliyyat keçirməsi və Pasxa bayramından sonra ictimaiyyət qarşısına çıxacağına dair verdiyi vədlər və ya digər mənbələrdən Keytlə hər şeyin qaydasında olduğuna dair məlumatlar ictimaiyyəti arxayın etmədi.
Middltonun əvvəllər səhhəti ilə bağlı həqiqəti gizlətdiyini çoxlar xatırlayı. 42 yaşına qədər o, üç dəfə ana olmağı bacarıb. İlk hamiləliyi az-çox problemli keçib, amma ikincisində ciddi problemlərlə üzləşib.
Şahzadə Uilyamın həyat yoldaşı hətta sonrakı mərhələlərdə də şiddətli ürəkbulanmalardan əziyyət çəkib. Hamilə qadınlarda görülən bu hal hiperemezis adlanır və təkcə ananın deyil, uşağın da həyatı üçün təhlükə yaradır. Keyt hamiləliklərinin hər birində xəstəxanaya yerləşdirilib. Lakin o, başından keçənləri danışmamağı üstün tutdu.
Kate Middletonun bir çox pərəstişkarı şahzadənin pəhriz saxlamağa həddindən artıq həvəsli olduğundan xəbərdardır. Keyt uzun müddətdir yüksək proteinli pəhriz saxlayır. O, meyvə, kəsmik, ət, balıq istehlakına üstünlük verir.
Ancaq zülalla zəngin qidalar diabetdən əvvəl böyrək problemlərinə səbəb ola bilər.
Qeyd edək ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. Uels şahzadəsi yaranan söz-söhbətlərdən sonra onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Oktyabrda hava necə olacaq?
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır