"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: Rəylərdə haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar
Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib.
Onun sözlərinə görə, iş gününün bitməsinə on dəqiqə qalmış Kamil həmkarını siqaret çəkməyə dəvət edib. Çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə atəş səsləri eşidiblər. Əvvəlcə nə baş verdiyini anlamayıblar, ancaq insanların yerə yıxıldığını görəndə, üzbəüz restorana qaçıb kömək istəyiblər.
Kamil bundan sonra yenidən hadisə yerinə qayıdaraq yaralılara hadisə yerindən uzaqlaşdırmağa başlayıb, bəzilərini isə taksi ilə yola salıb.
Kamil o zaman nə qədər insana yardım edildiyini dəqiq bilmir: onun sözlərinə görə, çoxlu yaralı olub.
Azərbaycanlı gənc vurğulayıb ki, girişdə yaralılara kömək edən daha bir neçə nəfər olub. Amma binanın içərisinə girməyə cəsarət edənlər az idi. Kamillə birlikdə kostyumlu orta yaşlı kişi qaçaraq binaya girib. Sonradan Nəsibov onu gözdən itirib.
Bundan sonra o, mərtəbələri gəzərək bağlı qapı arxasında qalan, yolunu itirən insanlara kömək edib, onları xilasedicilərin olduğu istiqamətə yönəldib.
Həmin gün Kamil evinə metro ilə qayıdıb. Evə çatanda isə dostlarının onu gözlədiyini görüb. Belə ki, yaralıları xilas etməyə getməzdən əvvəl onlardan bəziləri üçün səsli mesajlar göndərərək hamı ilə vidalaşıb.
"Həmin gecə səhər beşə qədər yata bilmədim, burnumdan qan axırdı. Ertəsi gün baş ağrısı və ürəkbulanma var idi. Amma sonra hər şey keçdi", - deyə Kamil olanları xatırlayır.
O, hadisə zamanı keçirdiyi hisslərindən də danışıb: "Təbii ki, qorxulu idi. Heç kim bilmirdi ki, onlar (terrorçular) gediblər, yoxsa hələ də buradadırlar. Ancaq beş dəqiqə sonra atışma yerinə qayıdan adam buna biganə qalır - ən vacibi insanları xilas etməkdir. Bu qəhrəmanlıq deyil, buna insanlıq deyirlər".
Qeyd edək ki, "SHOT" "Telegram" kanalı onunla müsahibədən bir parçanı "Crocus"da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi" başlığı ilə yerləşdirib. Kanal abunəçilərinin çoxu Kamilin qəhrəmanlığını alqışlasalar da, onların arasında yazı müəlliflərini miqrantların imicini "ağartmaq" cəhdində ittiham edənlər və Kamilə qarşı ksenofobik təhqirlər yazanlar da tapılıb.
Kamil təhqirlərə cavab verməmək qərarına gəlib: "Mən onlara nəyi sübut etməliyəm? Bu, insanların gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. "Crocus"da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: "Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm". Onlar "Telegram"da şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər.
Qeyd edək ki, Kamil Nəsibov Sumqayıt şəhərində doğulub və məktəbi bitirib. O, üç il əvvəl işləmək üçün Moskvaya yollanıb. /Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Oktyabrda hava necə olacaq?
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır