Tailand eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib
Tailand hakimiyyəti eynicinsli nikahları leqallaşdıran qanun qəbul edib.
Qeyd olunub ki, monarxiya idarəetmə sisteminə malik ölkə Cənub-Şərqi Asiyada bu cür dəyişiklikləri qəbul edən ilk ölkə olub.
Ölkənin 500 üzvdən ibarət Nümayəndələr Palatası "nikah bərabərliyi" sənədinə səs verib. 400-ə yaxın palata üzvü qanunverici qanun layihəsini dəstəkləyib, 10-u əleyhinə səs verib, beş üzv isə təxminən dörd saatlıq müzakirələrdən sonra ya bitərəf qalıb, ya da səs verməyib.
Hazırda qanun Senatın yuxarı palatası və kral tərəfindən təsdiqlənməlidir. Daha sonra "Royal Gazette"də dərc olunacaq və 120 gündən sonra qüvvəyə minəcək. Bütün prosesin ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Dəyişikliklər qüvvəyə minəndə Tailand yaşı 18-dən yuxarı olan eynicinsli partnyorların nikahlarının qeydiyyatını, habelə onların vərəsəlik, vergi güzəştləri və uşaqların övladlığa götürülməsi hüquqlarını tanıyacaq. Qanunun tərəfdarları inanırlar ki, bu, Tailandın LGBT-yə tolerant yanaşan turizm məkanı kimi reputasiyasını gücləndirəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 871 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrÇin qarşıdakı illərdə ABŞ-dan kömür tədarükünü artırmağı planlaşdırır
Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı dərinləşdirmək, o cümlədən qarşıdakı illərdə Amerika kömürünün tədarükünü artırmaq istəyir. xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi bildirib. Çin tərəfinin açıqlamasına görə, ticarət-iqtisadi məsləhətləşmələrin nəticəsi olaraq, Çin və ABŞ qarşılıql
28 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabrİspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib
İspaniyada dəniz xilasetmə xidməti 268 qeyri-qanuni miqrantı, o cümlədən dörd yetkinlik yaşına çatmayan şəxsi və 17 qadını xilas edərək El-Yerro adasında sahilə çıxarıb. "Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Onların əksəriyyəti Varela milli parkından (Qvineya-Bisau
28 sentyabrAyı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabr