Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar..."
"Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsinə münasibət bildirərkən deyib.
Meyxanaçı bildirib ki, bu gün deyilən meyxanalar cəmiyyətin tələbi ilə uyğunlaşır:
"Meyxanaçılarda da günah yoxdur, bu gün dinləyici onlardan ancaq elə sözlər gözləyir. Normal sözləri eşidəndə dinləmirlər. Meyxanaçı məcburdur ki, qeyri-etik sözlər işlətsin. Səliqəli meyxanaya heç kim əl çalmır, şabaş vermir. Meyxanaçılar da toy bazarı üçün səhnəyə çıxır. Cəmiyyət içərisində, uşaqların arasında "hallıyam", "kayfdayam", "kayfım zordur" və s. sözlərini işlətmək olmaz. Bunlar uşaqların tərbiyəsinə pis təsir edir. Təmiz, gözəl, səliqəli şəkildə deyilən meyxananı hamı kimi Elza da sevir".
Samirə Yusifqızı hesab edir ki, Elza Seyidcahan bu fikirlərini bütün meyxanaçılara şamil etməyib:
"Bəzi meyxanaçıları nəzərdə tutur. Amma mən Elza ilə razıyam, düz deyir. Elə sözlər var ki, onu cəmiyyət içərisində demək olmaz. Elza sözü düz danışan adamdır, doğrudan da elə meyxanaçılarımız var".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. O, meyxanaçılar qeyri-etik ifadələr işlətməkdə ittiham edib:
"Bəzi meyxanaçılar qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur
23 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrAfra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin
18 sentyabr9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13 sentyabrGeorgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabrMəşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO
Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy
18 sentyabr