Kərbəlada snayper hücumu, səfirə sui-qəsd - İranın yeni "Qasım Süleymani"si kimdir?
İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İraq, Livan, Yəmən, Suriya və digər ölkələrdə "müqavimət qurşağı" adı verdiyi proksi qüvvələrin, silahlı qruplaşmaların kurasiyasını aktiv həyata keçirir. Bu prosesdə SEPAH-ın komandirlərinin şəxsi nüfuzu, xarizması da böyük rol oynayır.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin Komandiri olamuş Qasım Süleymani məhz belə nüfuzlu şəxslərdən biri idi.
Onun ABŞ-ın 2020-ci ilin yanvarın 3-də Bağdadda həyata keçirdiyi hücumda öldürülməsindən sonra İran yaranmış boşluğu doldurmaq üçün SEPAH-ın komandir heyətində yeni namizədlərin axtarışına çıxıb.
Lent.az xəbər verir ki, İranın yeni "Qasım Süleymani"si husilərə dəstək üçün Yəmənə göndərilib. Hazırda husilərin Qırmızı dənizdə gəmilərə raket və dron hücumlarına rəhbərlik edən SEPAH generalı Əbdül Rza Şahlaydır.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun tərkibinə daxil olan elit Qüds Qüvvələrinin
komandirlərindən biri olan Əbdül Rza Şahlayın bioqrafiyası gizli saxlanılır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) onun təxminən 1957-ci ildə anadan olduğunu təxmin edir.
Əbdül Rza Şahlayın bir sıra saxta adlardan istifadə edərək dünyanı gəzdiyi, Yaxın Şərq ölkələrində Yusuf Əbu əl-Kərx və Hacı Yusif kimi tanındığı məlumdur.
Əbdül Rza Şahlay 2000-ci illərdə SEPAH-ın İraqda ABŞ ordusuna müqavimət göstərən radikal şiə qruplaşmalarına dəstək verib. Onun İraqda koalisiya qoşunlarına çoxsaylı hücumlar planlaşdırdığı, şiə qruplaşmalarını silah və partlayıcılarla təmin etdiyi iddia olunur.
ABŞ onu 2007-ci il yanvarın 20-də İraqın Kərbəla şəhərində 5 ABŞ əsgərinin ölümü və 3-nün yaralanması ilə nəticələnən hücumu planlaşdırmaqda ittiham edib.
Bundan başqa, Əbdül Rza Şahlay SEPAH-ın əsas maliyyəçisi və yüksək rütbəli rəsmisi kimi 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Vaşinqtonda öldürülməsi planını maliyyələşdirib, hazırlamaqda əsas təqsirli sayılır. ABŞ kəşfiyyatı SEPAH generalının hücumlarının uğurla həyata keçiriləcəyi təqdirdə ABŞ-da ən azı 200 günahsız vətəndaşın ölə biləcəyini təxmin edib.
11 oktyabr 2011-ci ildə ABŞ Maliyyə Nazirliyi onu o zamankı Prezident Barak Obamanın göstərişi ilə xüsusi kateqoriyaya aid beynəlxalq terrorçu (Specially Designated Global Terrorist) elan edib. Əbdül Rza Şahlay İraq hökumətinin və İraq dövlətinin təhlükəsizliyi üçün də təhdid adlandırılıb.
Onun beynəlxalq terrorçu statusu 2018-c ildən ABŞ-la yanaşı, Bəhreyn, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Böyük Britaniya tərəfindən də tanınıb.
ABŞ kəşfiyyatı Yəməndə Şahlaya qarşı bir neçə sui-qəsd hücumu təşkil etsə də, bu cəhdlər uğursuzluqla nəticələnib.
ABŞ "Ədalət üçün yardım" kampaniyası çərçivəsində Əbdül Rza Şahlayın maliyyə fəaliyyəti, əlaqələri və tərəfdaşları haqqında məlumat üçün 15 milyon dollara qədər mükafat təklif edir.
Hazırda SEPAH tərəfindən Yəmənin paytaxtı Sənaya göndərilən general husi qüvvələrinin 2023-cü ilin oktyabrından bəri Qırmızı dənizə gedən ticarət gəmilərinə dron və raket hücumunu koordinasiya edir.
İranda çoxları regional münaqişələrdə aktiv iştirakına görə, Əbdül Rza Şahlayı Qasım Süleymaninin varisi hesab edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1392 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021