Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir".
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib.
Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək.
Erməni politoloq bunu aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü ilə əlaqələndirir. Bu görüşdə Ermənistanın "təhlükəsizliyi" adı altında hərbi paktın imzalanması gözlənilir. Ehtimal edilir ki, belə bir paktın imzalanmasından sonra Ermənistan hakimiyyəti Rusiya hərbi kontingentini ölkədən çıxarmaq istiqamətində praktiki addımlar atacaq. Artıq Rusiyadan bu görüşlə bağlı mənfi reaksiya verilib.
Edqar Arakelyan iddia edir ki, 5 aprel görüşündən öncə və sonra Rusiya Ermənistan hakimiyyətinə qarşı sərt addımlar atacaq.
"Rusiya nəyin bahasına olursa olsun, Ermənistanda hakimiyyət çevrilişi etməyi planlaşdırır. Yeni qüvvələr gələcək və onlar Qərbi rədd edərək, Rusiya orbitinə qayıdacaqlar", - o deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrƏli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29 sentyabrQazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabr"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrOktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabr