Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Hazırda i müzakirə olunan məsələlərdən biridə taksi xidmətlərində qiymətlərin artımı ilə bağlıdır. İddia olunur ki, Azərbaycanda taksi xidmətlərinin minimum qiyməti 5 manata kimi qaldırıla bilər. Azərbaycanda taksi qiymətləri artırılır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı hər hansı qiymət artımından söhbət getmir:
"Çünki dövlət tərəfindən qəbul olunan qərarlarda bununla bağlı heç nə nəzərdə tutulmayıb. Sadəcə taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müəyyən sənədlər və qərarlar qəbul olunub. Hesab edirəm ki, xidmət sahəsinin inkişafı üçün vacibdir. Ola bilsin ki, bu qiymətlərə təsir göstərə bilər. Bunu amma dövlət etmir. Bunu şirkət özləri edə bilər. Çünki yeni avtomobillər alınmalıdır. Eyni zamanda avtomobillər ən azı 15 il istismar müddətini keçməməlidir. Hələ qarşıda iyuldan 8 il məsələsi gəlir. Belə olan halda bazara yeni avtomobillər, daha komfotlu xidmət çıxırsa, ona uyğun qiymət təklif oluna bilər. Ancaq sərnişinlərin tələbatı nə qədər olacaq onu zaman göstərəcək. Hal-hazırda dövlət tərəfindən taksi xidmətində qiymət artımı ilə bağlı heç nə nəzərdə tutulmur".
Xatırladaq ki, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır