İŞİD sözçüsü Rusiyada baş verən terror aktından sonra müraciət yayıb
İŞİD terror təşkilatının sözçüsü Əbu Huzeyfə Əl-Ənsari yeni bəyanat yayıb.
40 dəqiqəlik çıxış terror təşkilatının "Al-Furkan" media mərkəzində dərc olunub.
Bəyanatda terrorçuların bütün dünyada fəaliyyəti barədə danışılıb, həmçinin martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"da 143 insanın ölümü ilə nəticələnən terror aktını yüksək qiymətləndirib, buna görə "Vilayəti-Xorasan" terrorçularına təşəkkür edilib.
Əl-Ənsari qeyd edib ki, İŞİD-lə Rusiya arasında qarşıdurma Rusiyanın Suriyada hərbi əməliyyata qoşulması ilə başlayıb.
Terror qruplaşmasının sözçüsü bununla kifayətlənməyəcəklərini, Rusiyanın "qanuni hədəf" olmağa davam edəcəyini deyib. O, həmçinin Şimali Qafqazdan olan üzvlərini "inadkar olmağa" çağırıb.
Əl-Ənsari qeyd edib ki, uzun müddətdir ki, onlar haqqında mediada heç bir məlumat olmayıb.
Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 144 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1351 Tarix: 30 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrAyı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. xəbər verir ki, bu barədə şəhər meriyası "Telegram" kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, "Stolbı" qoruğ
27 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabr