Mərc oyunlarında uduzdu, namaza başladı … - Sumqayıtda qızını suda boğan atanın DOSTU ELƏ ŞEYLƏR DANIŞDI Kİ...
"Onun öz doğma uşağına qıyacağına heç vaxt inana bilmərik. O, uşağını özü öldürməyib. Burada başqa bir şey var".
Bu sözləri Sumqayıtda 1 yaşlı qızı Zeynəb Yeşili suda boğaraq öldürən Yeşil Ahmet Turanın Türkiyədə yaşayan dostu Ömər Aygün Bakıvaxtı.az-a danışarkən bildirib.
Onun sözlərinə görə, Zeynəb Y.A.Turanın ikinci evliliyindən olan qızıdır:
"Ahmet birinci dəfə Türkiyədə evlənmişdi. İki uşağı var. Dininə bağlı biridir. Anası və atası ilə birlikdə yaşayırdı. Bir bacısı da var".
Onun sözlərinə görə, A.Yeşil evləndikdən sonra həyat yoldaşı ilə Malatyaya köçmüşdü: "Boşanandan sonra da həyat yoldaşı uşaqları ilə burada qaldı. Ahmet Azərbaycana getdi. Bir müddət sonra zəng edib Azərbaycanda evləndiyini dedi. Azərbaycanda olduğu müddətdə bir neçə dəfə mənimlə danışıb. Hər dəfə də yaxşı, sağlam olduğunu görürdüm".
Ömər Günəş Yeşil Ahmet Turanın bu günə qədər heç kimə pislik etmədiyini, psixoloji durumunun da yerində olduğunu qeyd edib:
"2005-ci ildən tanışıq. Xəbəri sizdən eşidəndə çox təəccübləndim. İnşallah, bu xəbər yanlış çıxar. Onun öz doğma uşağına qıyacağına heç vaxt inana bilmərəm. O, uşağını özü öldürməyib. Burada başqa bir şey var. Çünki buradakı uşaqlarına o qədər düşkün idi ki...Biz eyni zamanda qonşu olmuşuq. İkimiz də mebel işi ilə məşğul olurduq. Düzdü, həyat yoldaşından ayrılandan sonra bir az boşluğa düşdü. Bir ara mərc oyunları oynayırdı. Bu oyunlarda çox pul itirdi. Ona dəfələrlə haram pulun yaxşı olmadığını dedim. Axırda mənimlə razılaşdı. Namaza başladı. Bir az əsəbi olmuşdu. Onun belə bir cinayət törətdiyinə heç cür inanmırıq".
Xatırladaq ki, Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.
Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.
Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2700 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021