"Bu gün Ermənistan qlobal güclərin əlində alət rolunu oynayır" - DEPUTAT
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. ABŞ-Avropa İttifaqı və Ermənistanın iştirakı ilə aprelin 5-i Brüsseldə keçiriləcək konfrans öncəsi Naxçıvan istiqamətində ermənilər tərəfindən təxribatın törədilməsi bir çox ehtimalların ortaya çıxmasına səbəb olub. Xüsusilə də aprelin 5-dən sonra Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanılma ehtimalını. Aprelin 5-dən sonra a Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, erməni silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozması, təxribatdır:
"Ermənilərin bu təxribatı törətməsində əsas məqsəd 5 aprel tarixində Brüsseldə keçiriləcək konfrans öncəsi beynəlxalq birliyin diqqətini Azərbaycan əleyhinə yönəltməkdir. Nə qədər ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngidir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir hesab edirəm ki, bu təxribatlar davam edəcək. Hətta, hadisələr idarə olunmaz xarakter ala bilər. Regionda geosiyasi maraqlar uğrunda ciddi proseslər müşahidə olunur. Ermənistan isə tarixdən düzgün nəticə çıxarmır və qlobal güclərin əlində alət rolunu oynamaqda davam edir. Bu kifayət qədər təhlükəli haldır və bölgədə gərginliyin artacağından xəbər verir. Azərbaycan tərəfinin atacağı addımlara gəldikdə isə, situasiyaya uyğun həm masada, həm də meydanda adekvat tədbirlər görəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 958 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021