Röya Ayxan: "Deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən" - FOTO/VİDEO

Röya Ayxan: "Deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən" - FOTO/VİDEOXalq artisti Röya Ayxan Bakıda ard-arda iki gün konsert verib. Paytaxtın məşhur məkanlarından birində səhnəyə çıxan estrada ulduzu kulisdə OLAY-la həmsöhbət olub:

- Əvvəla keçmiş olsun demək istəyirik.

- Sağ olun. Biz olaylarla dolu qadınıq da. Deyir, gəzən ayağa daş dəyər.
Məlum hadisədən sonra ilk konsertinizdir. Təəssüratlarınız necədir?

- Bu tip konsertlər bilirəm necə olur. Sadəcə bu klubda ilk dəfə səhnə alıram. Bu arada Moskvada konsertimi təşkil edən oğlan da ailəsi ilə bura gəlib. Biz onlarla danışacağıq. Bir video da hazırlamalıyıq. Çünki biz hər şeyi qaytarmağa hazırıq. Fors-major deyə bir şey var. Zəlzələ, müharibə, bir şey olarsa… Bu halda o pulu xərcləyə də bilməzdim. Bəlkə də, hansısa müğənni götürüb xərcləyər. Bu, mənim nə insanlığıma, nə də qüruruma sığar. Röya bunu etməz! Aldığımız bütün pulları iadə edirik ki, hər kəs biletlərini qaytara bilsin. Biz də tarixi başqa vaxta salaq. Oğlanla müzakirə edəcəyik. Sağlıq olsun. Onsuz da Röya hər zaman oxuyacaq. Harada olmağımıza baxmayaraq, hansı millətdən söhbət gedirsə, getsin, sülh-əminamanlıq olsun. Biz nə istəyərik ki? Yalnız oxumaq və deyib-gülmək. Ən gözəl sənət bizimkidir. Çünki yalnız toy-büsat, konsert istəyirik.

- Hamı narahat idi sizin üçün. Media nümayəndələri, sevənləriniz... Bir də sənət dostlarınız. Çoxu da sizinlə bağlı "keçmiş olsun" paylaşımı etdi.

- Buradan tanıdığım-tanımadığım hər kəsə təşəkkür edirəm. Məni sevməyən belə bilirəm ki, sevir. O da sağ olsun (gülür).

- Bu il başlayandan ard-arda fotosessiyalar təqdim edirsiniz...

- Hə. Çoxu deyir ki, əməliyyatdan əvvəl daha gözəl idin. Qardaş, məgər üzümü dəyişmişəm, ya siz bildiyiniz əməliyyatdan etmişəm? Siz düşündüyünüz əməliyyat deyil. Doğrudan da insanın bir burunu üzdə hər şeyi dəyişir. Düzdür, hələ şişdir, bir neçə aya tam formalaşacaq. Mən indi üzü üstə yata bilmirəm. Deyirəm, burnumu yenidən əyməyim. Dostlarım deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən. Doğrudan da dördüncü əməliyyatı heç kim boynuna götürmürdü. Əlavə bəzi toxunuşlar da etmişik. Mən layner çəkməyi sevirəm. Amma çəkə bilmirdim. İndi baxın necə çəkirəm. Çünki gözümün üstündəki ət yoxdur. Mən atama oxşamışam, yəqin ki, bir-iki ildən sonra o ət gələcək yerinə. Yaş keçdikcə, yenidən gələcək də. Sevinirəm ki, bunu 40-da etmişəm. Həkimim dedi ki, tanınmış insanlar, ümumiyyətlə qadın bu əməliyyatdan sonra 6 ay heç nə etmir. Hələ şiş çəkilir. Mən 15 gün sonra kliplər çəkib, fotosessiyalar etdirmişəm. Biləsiniz ki, heç birində fotoşop yoxdur.

- Bir izləyiciniz yazmışdı ki, fotoşop var. Siz də onun şərhini paylaşmışdınız.

- Hə, canımdır mənim. Yəqin o xanım küsüb məndən. Amma əcəb etdim, onun şərhindən keyfim açıldı. Bir az da istədim maraqlı bir şey olsun. Bilirsiniz ki, ancaq özüm-özümlə maraqlı nəsə edirəm. Heç kimin ünvanına nəsə demirəm. Amma doğrudan da fotoşop yoxdur. İnsana təsir edir. Ona görə gecə ilə Orçunu (Orçun Mutlu - fotoqraf - red.) oyatmışam. Demişəm ki, kompüterdən fotonu çək at bura. Çünki fotosessiya etdikdən sonra şəkillər kompüterə birbaşa düşür. Keyfimi açan hadisə idi. Ona görə belə oldu. Belə şeyləri sevirəm. Qətiyyən bir hirs yox idi, acığa etmədim.

- Yenə dayanmadan çalışırsınız. Klip, fotosessiya, "Zülmətəm" hitiniz, konsertləriniz... Bu il də "Səhnəmizin çalışqan ulduzu" ünvanını qorumağa qərarlısınız?

- Sağlıq olsun ki, son damlama qədər sizə xidmət edə bilim. Bu çalışqanlıq deyil, sizə xidmətdir. Özümə və sizə sevgimdir. Düzdür, deyərlər ki, özünü bizdən çox sevər. Düzdür, özümü sevirəm ki, sizə də sevgim var. Durmadan çalışacağam, biləsiniz.

- Adınızla gündəmə gəlməyə çalışanlar var. Hansı ki, siz cavab vermirsiniz, amma durmadan söz atmaq məqsədli paylaşımlar edirlər. Bu vəziyyətə münasibətiniz necədir?

- Əcəb edirlər (gülür). Qoy, atsınlar. Eybi yox. Elə xoşbəxt olursa, olsun. Mənim üçün ən əsası odur ki, haqqımda "Röya yaxşı qızdır" sözlərini eşidirəm. Öz içimdə bilirəm ki, Röya durduğu yerdə heç kimə bir söz deməyib. Bəlkə, əvvəl daha acı dillə cavab qaytarırdım. İndi isə öldürsəniz də, cavab qaytarmayacağam.

- Dinləyiciləriniz bu gecə üçün ən çox hansı mahnıları ifa etməyinizi istəyirlər?

- "Sənə görə", "Səninəm", "Bahar" bir də "Zülmətəm". Onları da oxuyacağıq.

- Onda biz gedək. Çox sağ olun, vaxt ayırdığınız üçün.

- Sizi çoxlu öpürəm. Həmişə olaylı xəbərlər çatdırasınız. Amma yaxşı xəbərlər...


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2107   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr