Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLAR

Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARTürk dünyasının "son kabadayısı", ən önəmli yeraltı aləminin liderlərindən biri Alaattin Çakıcı demək olar ki, gündəmdən düşmür. Buna bir az da onun obrazını canlandıran məşhur seriallar səbəb olur. "Kurtlar vadisi", "Eşkiya dünyaya hökmdar olmaz" kimi reytinqli serallardan sonra indi də "Ben bu cihana sığmazam" tv layihəsində onun izləri görünür. Belə ki, Alaattin Çakıcının dəyişməz bir imzası var. O, öldürəcəyi düşmənlərini əvvəlcədən xəbərdar edir, hətta bununla bağlı açıq bəyanat verir. Hazırda "Ben bu cihana sığmazam" serialında əsas personaj – Rəis Cəzayir Türk öldürəcəyi mafiya liderlərinə əvvəlcədən xəbərdarlıq göndərir, hətta bununla bağlı elanlar da verdirir.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARÇakıcının ölüm elanlarından biri

İnsanın həyatı o qədər maraqlı olub ki, hətta indən sonra da neçə-neçə tv layihələrində ona müraciət ediləcəyi ehtimalı maksimaldır.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARAlaattin Çakıcı

Lent.az-ın əməkdaşı hazırladığı bu materialda əksəriyyət tərəfindən sevilərək izlənilən bu seriallardakı baş qəhrəmanın - Alaattin Çakıcının həyatından bəhs edəcək.

Alaattin Çakıcı kimdir?

Alaattin Çakıcı 20 yanvar 1953-cü ildə Trabzonun Fındıklı kəndində anadan olub. Anasının adı Şakire, atasının adı Əlidir. Fahrettin və Gençağa adlı iki qardaşı olan Alaattin Çakıcının Qamze və Leyla adlı iki bacısı var.

Atası Əli Çakıcı qan davası səbəbilə İstanbula köçür. Ailə İstanbula köçərək Kağıthane mahalının Gültəpə səmtində məskunlaşır. Ata Ali Çakıcı burada qəhvəxana işlətməyə başlayıb.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARAlaattin Çakıcı

Həbsxanada keçən gənclik

Türkiyənin tarixində ən gərgin vaxtlarda 80-ci illərdə o, atası Ali Çakıcı və qardaşı Gençağa Çakıcı ilə birlikdə MHP Ülkü Ocakları sırasına daxil olub. Alaattin Çakıcı 1979-cu ildə düşmənləri tərəfindən vurulur, lakin o, hadisədən yaralanaraq sağ çıxır. Baba Əli Çakıcı isə 5 may 1980-ci ildə hücum nəticəsində dünyasını dəyişib. İllər sonra Alaattin oğluna atasının adını verəcəkdi. Lakin elə həmin ərəfədə 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib.

Cəsarəti və millətçiliyi ilə artıq ətrafa səs salan, şöhrət qazanan Alaattin Çakıcı ASALA erməni terror təşkilatı ilə mübarizə təklifini qəbul edib. Terrorla mübarizə xarici və daxili əməliyyat bölməsi çərçivəsində xüsusi hərbi təlim keçən Çakıcı sonra komandiri təyin edilib. O, 1990-cı ilin oktyabrında aldığı zədə səbəbindən bir müddət kənarda qaldı. 1995-ci ilin fevralında Çakıcı qəzetlərə və televiziya kanallarına faks göndərərək Dev-Sol lideri Dursun Karataşı öldürəcəyini bildirdi.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARAlaattin Çakıcı komandan olan illərdə

Xəyanəti bağışlamayan ər

Alaattin Çakıcı 1972-ci ildə Gönül Kurtuluşla ailə qurub. Bu evlilikdən onların Əli, Aytül və Betül adlı uşaqları olub. Alaattin Çakıcı həyat yoldaşından bir müddət sonra boşandı və 20 may 1991-ci ildə Trabzonda önəmli yeraltı liderlərindən biri olan Dündar Kılıçın qızı Uğur Kılıçla evləndi. Lakin bu evlilik uzun çəkmir, onlar 4 noyabr 1994-cü ildə boşanırlar. Söyləntilərə görə, boşanmaya Uğur Kılıçın xəyanəti səbəb olur.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARAlaattin Çakıcı və Uğur Kılıç

Qısa bir müddət sonra Uğur Kılıç qətlə yetirilir. 20 yanvar 1995-ci ildə isə Alaattin Çakıcı keçmiş həyat yoldaşı Uğur Kılıçın ölümündə təhrikçi olduğu əsas gətirilərək 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xaricdə olduğu müddətdə; ABŞ, Belçika, İtaliya, Cənubi Afrika, Braziliya, Sinqapur, Yaponiya və Fransada dövriyyədə olduğu müəyyən edilib. Çakıcı 1998-ci il avqustun 17-də Türkiyə və Avstriya polisi ilə birlikdə Fransanın Nitsa şəhərində keçirilən əməliyyat nəticəsində yaxalanıb. Bir müddət sonra o, Türkiyəyə qaytarılıb. 1999-cu il dekabrın 14-də Kartal həbsxanasına salınıb. 29 noyabr 2002-ci ildə azadlığa çıxdı.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARUğur Kılıç

"Karagümrük basqını" istintaqına görə Çakıcı 7 aprel 2004-cü ildə 3 il 4 ay həbs cəzasına məhkum edilir. O, 2004-cü il iyulun 14-də ona qarşı həbs qərarı çıxarıldıqdan sonra Avstriyanın Qrats şəhərində tutulub. 2004-cü il oktyabrın 5-də Vyana Dövlət Məhkəməsi Çakıcının Türkiyəyə ekstradisiyasına qərar verib. 14 oktyabr 2004-cü ildə Tekirdağ Həbsxanasına göndərilən Alaattin Çakıcı 2016-cı il iyulun 15-də Bolu Həbsxanasına köçürülüb. 2017-ci ilin mart ayında onun Kırıkkalenin Keskin rayonundakı Həbsxanaya köçürülməsinə qərar verilib. 2017-ci il martın 30-da Bolu Həbsxanasında saxlanarkən müxtəlif səbəblərdən daha 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Alaattin Çakıcı yenidən birinci həyat yoldaşı Gönül Kurtuluşla evlənib.

"Ülkücüdən mafiya, mafiyadan ülkücü olmaz, ola bilməz"

Alaattin Çakıcının MHP lideri Dövlət Baxçalı ilə yaxınlığı həmişə diqqətdə olub. Bir foto isə bütün nəzərləri öz üzərinə çəkə bilmişdi.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARMHP sədri Dövlət Baxçalı və Alaattin Çakıcı

2022-ci il avqust ayında MHP sədri Dövlət Baxçalı partiyanın Ümumi Qərargahında Alaattin Çakıcını qəbul edir. 1 saat davam edən görüşdən sonra Çakıcı sosial media hesabında Baxçalı ilə qol-qola getdiyi kadrı "Hörmətli sədrimizi qərargahımızda ziyarət etdim" sözləri ilə paylaşır. Yəni onlar birlikdə olduqlarını heç vaxt gizlətmirlər.
Türk dünyasının "son kabadayısı" Alaattin Çakıcı barədə MARAQLI FAKTLARMHP sədri Dövlət Baxçalı və Alaattin Çakıcı

Çakıcı Türkiyədə tez-tez siyasi məclislərdə də müzakirələrə səbəb olan bir şəxsdir. Bir zaman CHP liderləri əsasən də Kamal Kılıcdaroğlu onu mafiya adlandıraraq emosional çıxışlar edirdi. Dövlət Baxçalı da ona belə bir cavab vermişdi: "Alaattin Çakıcı davada dostum, Alaattin Çakıcı şəhidimizin oğlu, Alaattin Çakıcı vətən, millət aşiqidir. Bilmirəm Kılıçdaroğlu bunu başa düşə biləcəkmi. Ülkücüdən mafiya, mafiyadan ülkücü olmaz, ola bilməz".

Nə yazıq ki, Alaattin Çakıcı ilə bağlı bütün maraqlı məqamları bir yazıda təqdim etmək mümkün deyil. Növbəti yazılarda mövzunu davam etdirəcəyik.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1303   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun