"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİFRəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.

Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insan 65 yaşına çatmadan dünyasını dəyişir.

Bu vəziyyət pensiya yaşının azaldılması məsələsini yenidən gündəmə gətirib.

Bəs pensiya yaşı aşağı salınmalıdır?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Bizim.media-ya mövzu ilə bağlı danışıb.

O, Azərbaycanda pensiya yaşının artırılıb 65-ə çatdırıldığı vaxtdan yaş məsələsinin daha çox müzakirə obyektlərdən birinə çevrildiyini bildirib:

"Məsələ ilə bağlı rəsmi dairələrin baxışları ilə cəmiyyətinki köklü surətdə fərqlənir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, yaşlı insanların xeyli hissəsinin sağlamlıq durumu və digər bu kimi amillər imkan vermədiyindən, təqaüdə çıxmaq üçün müəyyənləşdirilən 65 yaş çox böyükdür və pensiya yaşı aşağı salınmalıdır. Rəsmi dairələrin nümayəndələri isə belə hesab edirlər ki, ölkəmizdə orta ömür uzunluğu artdığından, Azərbaycan uzunömürlülər diyarı olduğundan, eləcə də müəllim və həkimlər təqaüd yaşından sonra da qalıb işləmək istədiyindən pensiya yaşının artırılması düzgün addımdır.

Rəsmi dairələrin nümayəndələrinin gətirdikləri həmin arqumentlərə müqayisəli təhlil və beynəlxalq praktika prizmasından baxdıqda məlum olur ki, burada müəyyən həqiqət payları olsa da, ümumən vəziyyət heç də elə deyil...

Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması üçün orta yaş 2017-ci ildə rəsmən elan olunduğu 72 yaşdan azı 5 yaş, hətta indiki 76 yaşdan da 1-2 yaş yuxarı olmalı idi. Çünki 65 yaş və ondan bir-iki il yüksək pensiya yaşı tətbiq edən ölkələrin əksəriyyətində orta ömür uzunluğu 80 yaş və ondan yüksəkdir. Bizdə isə rəsmi statistikaya görə, orta ömür uzunluğu 2017-ci ildə 72 yaş, 2021-ci ildə 73 yaş, 2022-ci ildə isə dediyimiz kimi, 76 yaş olub".

Əli Məsimli bildirib ki, Azərbaycanda istər kişilərdə, istərsə də qadınlarda sağlam ömür uzunluğu göstəricisi orta ömür uzunluğu göstəricisindən aşağıdır:

"Azərbaycan nə vaxtsa uzunömürlülər diyarı sayılıb. Amma indi pensiya yaşına çatmamış ölənlərin sayı barədə mətbuatda yer alan rəqəmlər müxtəlif olsa da, bu bir faktdır ki, Azərbaycanda yaşlı əhalinin, xüsusən də kişilərin bir hissəsi pensiya yaşına çatmamış və həmin yaşa çatandan bir neçə il sonra dünyasını dəyişir.

70 və ondan yuxarı yaşı olan insanların sayı ölkəmizin əhalisinin 4,6 faizini təşkil edir. Onların arasında uzunömürlü sayılan, yəni yaşı 90-dan yuxarı olanların sayı isə çox azdır. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayının, MDB ölkələrinin xeyli hissəsinin müvafiq göstəricilərindən aşağı olması göstərir ki, bir sıra MDB dövlətləri ilə müqayisədə Azərbaycanda orta ömür uzunluğu aşağı, pensiya yaşı isə yuxarıdır".

Deputat müəllim, həkim və digər kateqoriyalardan olan insanların pensiyaya çıxmaq istəməməsi məsələsinə də münasibət bildirib.

O, pensiya yaşı çatanların heç də hamısının müəllim və həkimlərdən ibarət olmadığını qeyd edib:

"Müəllim, həkim və digər kateqoriyalardan olan insanlar ona görə pensiyaya çıxmaq istəmir ki, onların əksəriyyətinin aldığı təqaüdün məbləği aşağıdır. Əgər müəllim və həkimlərin əksəriyyətinə yaxşı maaş və ona uyğun da yaxşı pensiya verilsə, çətin ki, onların çoxu təqaüd yaşı çatandan sonra da qalıb işləmək istəyində olsun.

Yaşa görə pensiyanın orta aylıq məbləği 500 manat ətrafına çatdırılsa da, təqaüdçülərin yarıya qədərinin aldığı 360 manatdır. Pensiyaya çıxandan sonra insanlara normal həyata maddi təminat verən və yaşlı insan üçün tələb olunan qədər dava-dərmanın alınmasına yetərli olan məbləğdə pensiya verilsə, yaşlı insan işlədiyi qurumun rəhbərinə və ya sözükeçən kimisə tapıb, ona ağız açmaz ki, bir il də qalıb işləməsinə şərait yaradılsın".

Deputat qeyd edib ki, ölkədə fəaliyyət göstərən pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, həm də xeyli dərəcədə qüsurludur:

"Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə hələ xeyli müddət getdikcə daha çox dərəcədə özünü doğrultmayacaq. Bu özünü pensiya yaşı çatmış əhalinin getdikcə daha çox hissəsi üçün pensiyanın əlçatan olmaması və əvəzində xalq arasında qocalıq müavinəti adlandırılan yaşa görə müavinət alması timsalında daha qabarıq göstərəcək.

Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması ölkəmizdəki real ömür uzunluğuna uyğun deyil. Ona görə də hazırkı demoqrafik, sağlamlıq durumu və digər reallıqlar şəraitində ölkəmiz üçün pensiya yaşının qadın və kişilər üçün 65 yox, qadınlar üçün 60, kişilər üçün isə 63 yaş olması daha məqbul variantdır".

Əli Məsimli vurğulayıb ki, rəsmi dairələrin nümayəndələri öz çıxışlarında açıqca bildirirlər ki, hazırda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil:

"Belə şəraitdə yaşlı nəslin sosial təminatını gücləndirməkdən ötrü pensiya kimi ağır və cəmiyyət üçün çox taleyüklü məsələnin bütün ağırlığı bir nazirliyin üstünə atılmamalı, mövcud pensiya sisteminin və pensiyaçıların vəziyyətinin obyektiv, dərin təhlilləri aparılmalı, eləcə də bu sahədə mövcud olan problemlərin həlli islahatların dərinləşdirilməsi yolu ilə sürətləndirilməlidir.

Bu kontekstdə bir neçə məsələnin həllinin sürətləndirlməsini vacib hesab edirik: birincisi, yaşamağa başladığımız yeni mərhələnin məntiq, tələb və gözləntilərinə uyğun və həm də ümumi islahatların mühüm tərkib hissəsi kimi pensiya əlçatanlığının optimallaşdırılması əsasında elə bir pensiya sistemi formalaşdırmaq lazımdır ki, müəyyən kateqoriyalara aid insanlar pensiya yaşına çatandan sonra da iş qabiliyyəti göstəriciləri konkret tələblərə cavab verirsə, qalıb bir müddət də işləməsinə şərait olsun.

Vətəndaş konkret müddətlərdə ağır, orqanizm üçün ziyanlı işlərdə çalışıbsa, sağlamlıq durumu işi davam etdirməyə imkan vermirsə və ya hansısa səbəbdən pensiyaya tez çıxmaq tələbatı yaranıbsa, bu hallarda "yaşı çatmır" deyə, sağlamlığını qurban vermək hesabına pensiya yaşı çatana qədər bir neçə il də o cür ağır durumda işə sürünməyə məcbur edilməsin.

Bu kateqoriyaya aid olan insanlar üçün də pensiya yaşından əvvəl pensiyaya çıxmasına real şərait yaradılması istiqamətində son vaxtlar başlanan güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısının genişləndirilməsi işinin davam etdirilməsini vacib hesab edirik.

İkincisi, son vaxtlar qanunvericilikdə edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların 5 il tez pensiyaya çıxmaq hüququ yaranır".

Parlamentari hesab edir ki, həmin kateqoriyaya aid qadınlara 5 il qabaq pensiya çıxmaq hüququnun verilməsi qaydasının 5 və daha çox uşağa deyil, 3 və daha artıq övladları olan valideynlərə şamil olunması daha məqsədəuyğun olardı:

"Üçüncüsü, minimum pensiya 200 manat olanda, insanların pensiya hüququ qazanması üçün ən azı 28800 manat pensiya kapitalı, minimum pensiya 240 manat olanda - ən azı 34 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, minimum pensiya 280 manata çatdırılandan sonra insanların pensiya hüququ qazanması üçün ən azı 40 320 manat pensiya kapitalı toplamaq tələb olunur. Yəni minimum pensiyanın 40 manat artması insanların pensiya almaq hüququ qazanması üçün tələb olunan pensiya kapitalının məbləğinin hər dəfə müvafiq surətdə 5760 manat artmasına səbəb olub.

Həmin əlavə məbləğdə pensiya kapitalı toplamaq üçün orta statistik azərbaycanlıya xeyli əlavə illər tələb olunur. Bu sahədə təkmilləşdirmələr aparmaq lazımdır ki, həmin üsulun tətbiqi nəticəsində pensiya kapitalı tələbinin məbləğinin sürətlə artması pensiyaya hazırlaşan yaşlı insanların bir hissəsinin pensiyaya çıxmasının qarşısında səddə çevrilməsin.

Dördüncüsü, orta ömür uzunluğu göstəricisi kişilərdən yüksək olsa belə, beynəlxalq praktikada xeyli ölkələrdə, bir qayda olaraq, qadınların pensiya yaşı aşağı götürülür.

Ona görə də ölkəmizdə qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün hesab etmirik. Qadınların pensiya yaşının kişilərdən aşağı götürülməsi praktikasının bizdə də tətbiq edilməsini zəruri hesab edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1132   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30 aprel
.

"BakıKART" artıq m10-da!

m10 elektron pulqabı "BakıKART" ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür. İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqab

30 aprel
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30 aprel
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30 aprel
.

Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəs

30 aprel
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

30 aprel
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30 aprel
.

Azərbaycanlı aparıcının toyundan görüntülər - VİDEO

Azərbaycanlı aparıcı və aktrisa Səhər Əkbər ailə həyatı qurub. xəbər verir ki, ötən gün paytaxt məkanlarından birində aparıcının toyu olub. O sevib-seçdiyi Naci Həmid adlı bəylə evlənib. Aparıcının özəl günündə ailə üzvləri, yaxınları və dostları yer alıblar. Səhər Əkbərin toyundan görüntülər təqdi

30 aprel
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

30 aprel