SON DƏQİQƏ! Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə Sonxeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.
C.Bayramov, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2980 Tarix: 04 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən
İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir. "Singit" tətbiqi istifadəçilər
7 aprelƏmlakçıya "Salam" yazan qadın aldığı cavabla şoka düşdü - VİDEO
Qadın kirayə ev üçün əmlakçı ilə əlaqə saxladı, aldığı cavabla şoka düşdü. türk mediasına istinadən xəbər verir ki, kirayəlik ev elanına görə əmlakçı ilə əlaqə saxlayan bir qadın, "Nə işlə məşğulsunuz?" sualına sərt reaksiya verərək yaşanan dialoqu sosial mediada paylaşıb. Görüntülər izləyicilə
6 aprelBakıda yol çökdü - AYNA-nın maşını həmin çuxura düşdü - FOTO
Salatın Əsgərova küçəsində yol çöküb və AYNA-nın maşını həmin çuxura düşüb. xəbər verir ki, bu barədə -in qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, hadisə metronun "28 May" stansiyasının ikinci çıxışının qarşısında qeydə alınıb. Yolun çökməsinə aramsız yağan yağışların səbəb olduğ
6 aprelSəmada 34 il: AZAL yaranma tarixini qeyd edir
7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməs
7 aprel