Atasının evinə buraxılmadı, qapısında yatdı - Milyonçu qızının faciəsi
Lent.az "Ömrün bir anı" rubrikasında məşhurların həyatından maraqlı xatirələri təqdim edir. Bu dəfə Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın həyatından bir xatirəni yada salırıq.
Bir dəfə Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Lakin onu muzeyə buraxmırlar. Çox təkid etsə də, rəhbərlik onun muzeyə girməsinə mane olur. Səbəb kimi isə Sara xanımın "ruhi xəstə" olduğu bildirilir.
1990-cı illərdə söhbət zamanı bu hadisəni çox böyük təəssüflə xatırlayıb: "Azərbaycan Tarix Muzeyi atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir necə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa, o xoş günlərimi, ata-analı anlarımı "yaşayım". Buna da Püstə xanım icazə vermədi. (Akademik Püstə xanım Əzizbəyova qatı bolşevik Məşədi Əzizbəyovun nəvəsi idi və uzun illər həmin muzeyin direktoru olub). Onun babası Məşədini mənim atam xaricdə oxudub sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox fani dünyadır".
Sara Tağıyeva 1899-cu il may ayının 20-də hazırda Tarix müzeyi olan, atasının evində dünyaya gəlmişdi. Atasi Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənmişdi. İlk evliliyi Buzovna kəndində doğulmuş və orada yaşamış Zeynəb xanımla olmuşdu. Zeynəb xanımın vəfatından bir neçə il sonra Zeynalabdin Tağıyev general Ərəblinin qızı Sona xanımla ailə həyatı qurmuşdu. Hacı Zeynalabdinin Sona xanımdan olan digər övladları kimi Sara xanım da çox savadlı, ziyalı biri idi.
Sara xanım atasının təməlini qoyduğu Qızlar Məktəbini bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Onun universiteti bitirməsi ilə yanaşı, özünün ve ailəsinin firavan həyatına da son qoyulub.
Sara xanım əvvəlcə kitabxanada işləyir, sonra isə zavodda çilingər köməkçisi....
Orada Nikolay Sarayev adlı bir şəxs Saraya vurulur ve ailə qururlar. İkinci Dünya Müharibəsinə yollanan Nikolayın tez bir zamanda ölüm xəbəri gəlir. Sara 2 övladı ilə Bakıya qayıdır.
O, Bakıda qalmağa yer tapa bilmir. Nəticədə, övladlarını uşaqlar evinə verir. Sara xanıma min əziyyətdən sonra öz atasının köhnə evi - hərbi hospitalın qapısının ağzında yatmağa icazə verirlər.
1991-ci ildə dekabrın 15-də dünyasını dəyişir. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən - indiki Tarix Muzeyindən qaldırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrPrezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqust