"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."

"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi...""Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı..."

Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi dağlar gözəli, cənnətməkan Kəlbəcərdə də tikinti-quruculuq işlərinə start verilib. Digər rayonlarımızla müqayisədə sərt dağlıq relyefi və iqlimi ilə seçilən bu ərazidə hər hansı tikinti işi aparmaq, layihə icra etmək həddindən artıq böyük zəhmət, eneji, vəsait tələb edir. Hələ texnika və texnologiyanın inkişaf etdiyi, Azərbaycanın geniş iqtisadi-maliyyə imkanlarına malik olduğu indiki zamanda... Bəs görəsən, 1950-ci illərdə, hələ nəinki dağ kəndlərinə, arandakı bir sıra rayon mərkəzlərinə belə, elektrik və radio xəttlərinin yenicə çəkildiyi, adi texniki qurğuların, yük avtomobillərinin, buldozerlərin və s. qıt olduğu bir dövrdə Kəlbəcər kimi dəniz səviyyəsindən 2000-3000 metr yüksəklikdə yerləşən bir ərazidə hər hansı bir obyektin tikintisi necə başa gəlirdi?..

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri kimi çalışmış Kamran Hüseynov özünün "Bir ömrün salnaməsi" kitabının "AHİŞ, may 1958" başlıqlı bölməsində Kəlbəcərdəki məşhur İstisu mineral bulağı ətrafında 1920-ci illərdə bəsit bir şəkildə tikilmiş, lakin sonradan, xüsusən İkinci Cahan savaşı illərində nəzarətsiz qalaraq uçulub-dağılmış sanatoriyadakı bərpa və yeni tikinti işlərinin özünün təşəbbüs və səyləri ilə sürətləndirilməsindən, ümumiyyətlə, respublikada Naftalan, Şuşa, Masallı və s. bölgələrdə kurort-sanatoriyaların tikilməsindən, fəhlələr üçün istirahət və müalicə şəraitinin yaradılmasından və s. bəhs edir.

Aktuallığını nəzərə alaraq sözügedən kitabdan parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq:

O vaxt respublikanın 1-ci katibi olan İmam Mustafayev də bu cür təşəbbüsləri alqışlayan adamdı. Məktub ona çatan kimi hiss edib ki, bunu yazan şəxs Kəlbəcərdə olub, vəziyyəti öyrənib, tiknti, yol, elektrik xətti çəkilməsi məsələlərinin həlli yollarını öyrənəndən sonra məktubu hazırlayıb...
Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı. Təklif böyük rəğbətlə qarşılandı...

...Bir il keçəndən sonra AHİŞ-ə sədr gəldim. Yazdığım təklifin icrasını dəstələyib öz əlimə aldım. Birinci il işə başlamaqdan ötrü təşkilat və müəssisələrdən 36 milyon manat pul topladım...

Rəhmətlik İslam Həsənzadə sakit təbiətli, azdanışan adam idi. Mühəndisliyinə isə söz ola bilməzdi. İstisuyun inşasını ona tapşırdılar. Ona dedim:

-İslam qardaş, sən işə başla, vəsaitdən ötrü narahat olma, mən sənə kömək edəcəyəm...

İslam Həsənzadə dağın başında bir baza yaratdı. 4-5 obyekti, o cümlədən baş binanı- vanna otaqlarını, suyun çəkilməsini baş plana saldı...

İstisu sanatoriyası tikilə-tikilə İslam Həsənzadəni Naftalana apardım. O da Rüstəm Aslanova- Mingəçevirə tabe idi...

Naftalan məsələsi qaldırılanda Moskvadan Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının sədri V.Qrişin və Bakıdan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovla gəldilər ki, işlə yerində tanış olsunlar. Baxdılar, gördülər ki, doğrudan da mən burada böyük iş aparıram. Moskvadan gələn qonaq ölkə rəhbəri ilə oradan düz Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdilər. Görülən işlər onların çox xoşuna gəldi...

Deyəsən, elə mənim iş proqramımla tanış olandan sonra V.Qrişinin ürəyində məni Moskvaya aparmaq istəyi baş qaldırmışdı...

Nə isə... Eyni vaxtda İstisuda, Naftalanda, Şuşada, Masallıda, Lənkəranda iş gedirdi. AHİŞ-də məsələ qaldırdım ki, 10 il mənə dəyməsinlər və bu işləri tamamlamağa imkan versinlər. Həmin 10 il ərzində Gürcüstandakı sanatoriya-istirahət ocaqlarını ötüb-keçməsək də, onlara lap yaxınlaşacağımıza söz verdim. Çünki Azərbaycanın təbii müalicə imkanları genişdir. Kəlbəcər İstisuyu Karlovı-Varı səviyyəsində bir təbii müalicə, istirahət ocağıdır. Oynaq ağrılarını sağaldan yeganə neft mənbəyi də Naftalandadır. Masallıda, Lənkəranda da kükürdlü sular axır. Şuşanın elə təkcə havası dərmana bərabdərdir. Hələ Göygöl... Bu yerlərin hamısı dünya səviyyəli kurorta çevrilməyə layiq idi. Şəki-Zaqatala zonası da öz növbəsini gözləyirdi. Bu işləri mən görəcəkdim...

Başqa bir planım da vardı: Xəzərin ətrafında müalicə ocaqları yaratmaq... Eyni zamanda fikirləşirdim ki, müəssisələrdən vəsait toplayıb onların öz qüvvəsindən istifadə etməklə həmin kurortlarda müəsisələr üçün sanatoriyalar tikəcəyik... Bir tərəfdən də iri müəssisələr üçün gecə prorofilaktoriyaları tikdirməyə başlammışdım. Məsələn, müalicəyə müəyyən qədər ehtiyacı olan fəhlələr gündüzlər işləyir, axşam da gedib prorofilaktoriyada dincəlir, işdən ayrılmadan müalicə olunurdular. Bu üsulu Sovet İttifaqında ilk dəfə Bakıda biz tətbiq etdik. Bizdən sonra bütün ölkə başladı bu qaydadan istifadə etməyə. Gecə profilaktoriya sanatoriyalarının faydası böyük idi: fəhlə vaxtında dincələndə işi də böyük qüvvə ilə girişir, əmək məhsuldarlığı artırdı..

Moderator.az-dan xatırlatma:

1993-cü ildə Rusiyanın dəstəyi ilə Kəlbəcər rayonu düşmənlərimiz tərəfindən işğal ediləndən sonra 29 il ərzində xarabazara çevrilən İstisu sanatoriyasının təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyulunda qoyulub...


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 953   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun