Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA
Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalinin sayına öz təsirini göstərir. Bunun üzərinə pensiya yaşının arıtırılması barədə müzakirələrin aparılması mövcud vəziyyəti bir qədər dərinləşdirir.
Azərbaycanda hələ də pensiya yaşının azaldılması aktual mövzu olaraq qalmaqdadır. Məsələn Milli Məclisin deputatı Vüqar Bayramov təklif edib ki, qadınlar daha tez pensiyaya çıxmalı və onların yaş limiti 63 yaşda saxlanılmalıdır. Yəni qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin. Amma bir məsələni nəzərə almaq lazımdır ki, hazırki yaş limiti belə çox yüksəkdir və hər insan bu gün pensiya yaşını görə bilmir. Bütün bunları nəzərə alaraq qadınların pensiya yaşı 57-ə endirilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, pensiya yaşının mövcud olduğu limit özü belə çoxdur. Biz bilirik ki, uzunömürlülük ciddi formada aşağı enib. 63 yaşını görən insanların sayı getdikcə azalır: Üstəlik hər il 6 ay olaraq pensiya yaşı irəliləyir.
"Pensiya yaşı atlı, insanlar isə piyada olub. Hesab edirəm ki, pensiya yaşının endirilməsi zəruridir. Çünki insanların ehtiyac meyarları var. Bəzən bizə çox xırda görünə bilən məbləğlər bilə bizim bir ehtiyacımızı ödəməkdə böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, pensiya yaşının azaldılması və üç uşağa görə 51 yaş üçün sosial müavinətin bərpa edilməsi zəruridir. Bir neçə il öncə bu müavinətin endirilməsi dayandırıldı. 3 uşağı və daha artıq olan analar həmin müavinəti ala bilmirlər. Doğrudur ki, bu günə qədər təyin edilən analar bunu alır. Amma bu gündən sonra da müavinət təyin olunmalıdır. Ən azından bunun artımında maraqlı olmaldır. Əks halda əhalinin sayındakı durğunluq belə davam edəcək. Artım məsələsində hər hansı bir tədbir görmək üçün əvvəlcə müavinətləri qaydasına salmaq lazımdır. Üç uşağı olan analar yenidən o müavinəti almalıdır. Uşaqpulu bərpa edilməlidir. Pensiyada yaşının isə artırılması barədə yox, əksinə azaldılması haqqında danışılmalıdır. Hazırda olan yaş həddi ciddi formada aşağı salınmalıdır".
Qeyd edək ki, qadınların pensiya yaşında, nisbətən yaşlı dövlərdə daha çox sosial təminata ehtiyacı var. Buna görə, diferensial yanaşmanın tətbiq edilməsi və kişilərlə müqayisədə qadınların daha tez pensiyaya çıxması məqsədəuyğundur.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 14740 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrQazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabr