Azərbaycanlı iş adamının "Qalatasaray"dakı işinə xitam veriləcək? - AÇIQLAMA + YENİLƏNİB

Azərbaycanlı iş adamının "Qalatasaray"dakı işinə xitam veriləcək? - AÇIQLAMA + YENİLƏNİBAzərbaycanlı iş adamı Emin İmanovun "Qalatasaray"dan ayrılacağı xəbərinə aydınlıq gətirilib.

Belə ki, tanınmış jurnalist İbrahim Nəbioğlu bu barədə özünün "Facebook" səhifəsində Emin İmanovla söhbətləşdikdən sonra məlumat paylaşıb:

Qeyd edilib ki, jurnalistlərin gördüyü siyahı "Qalatasaray" İdman Klubu Dərnəyinin idarəetmə siyahısıdır:

"Hər yeni idarə heyəti 2 ildən bir keçirilən seçkilərlə gəlir. Bu, prezidentimiz cənab Dursun Özbek tərəfindən açıqlanan siyahıdır. Bundan əlavə, "Qalatasaray Sportif A.Ş." adlı bir şirkət var, bu şirkətin 69%-i "Qalatasaray" İdman Klubu Dərnəyinə məxsusdur və 31%-i birjaya açıqdır.

"GS Sportif A.Ş." idmanın bütün sahələrinə aid ticarət və sənaye fəaliyyətləri və investisiyalar etmək üçün qurulmuş bir şirkətdir. "Qalatasaray Sportif A.Ş." giriş haqları istisna olmaqla, media, sponsorluq, lisenziyalı məhsullar və reklam fəaliyyətləri daxil, "Qalatasaray" Peşəkar Futbol Komandası ilə bağlı bütün kommersiya əməliyyatları üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkətin fəaliyyətinə "Qalatasaray" markalı məhsulların satışı və marketinqi və sponsorluq müqavilələri, həmçinin beynəlxalq yarışlardan əldə edilən gəlirlərin idarə edilməsi daxildir. Bu şirkətin idarə heyəti klubun prezidenti tərəfindən təyin edilir.

Beləliklə, Emin İmanov hazırda "Qalatasaray Sportif A.Ş."nin idarə heyəti üzvüdür və heç nə dəyişməyib".
06.05.2024, 15:16

Azərbaycanlı iş adamı "Qalatasaray"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Dursun Özbek "Qalatasaray"ın prezident seçkisinə namizədliyini açıqlayıb.

İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib. İş adamı qarşıdakı 2 ildə islahatlar aparmaq niyyətindədir. Hotelçilik sahəsi üzrə ixtisaslaşmış biznesmen bir sıra şəxsləri İdarə Heyətinin yeni heyətindən kənarda saxlayıb. Onlardan biri də Emin İmanovdur. Hazırkı prezident seçimi qazanarsa, azərbaycanlı funksioner burada yer almayacaq. Dursun Özbekin qərarı "Qalatasaray" cameəsində hər kəsi şok edib.

Bu, hamı üçün gözlənilməz olub. Çünki İmanov başqana ən yaxın idarəçilərdən sayılır və klubun işində fəal iştirak edib.

Qeyd edək ki, "Qalatasaray"ın bu illərdə əldə etdiyi uğurlarda İmanovun payı böyükdür. O, ötən zaman kəsiyində komandaya böyük miqdarda vəsait xərcləyib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 469   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun