"Direktor dərs vaxtı şagirdin saçını kəsmişdi..." - Video
Ötən gün Ağstafa rayonunda Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru Tamella Bayramovanın işdən çıxarılması ilə bağlı xəbər vermişdik.
Qazax-Tovuz Regional Təhsil İdarəsi məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparıldığını, direktorun neqativ hallara yol verdiyi və davranış qaydalarını pozduğuna görə işdən azad olunduğunu açıqlamışdı.
"Qafqazinfo"nun məlumatına görə, ATV kanalı işdən çıxarılan məktəb direktoru ilə bağlı süjet hazırlayıb. Məktəbin şagird və müəllim heyəti direktorun davranışlarından təngə gəldiklərini bildiriblər: "Hər gün məktəbdə texniki işçilərlə, müəllimlərlə dava-dalaş olurdu. Şagirdlərin gözləri qarşısında işçini alçaltmaq, müəllimi təhqir etmək... Məktəbdə 20 manatdan pul yığdılar. O 20 manat mənim iyirmigünlük çörəkpulumdur".
Məktəbdə çalışan qadınlardan biri isə T. Bayramovanın əsəbiləşəndə dibçəkləri qırdığını deyib: "Dəhlizdəki dibçəklərə təpik atır, sındırır. Deyirik, ay müəllim, niyə belə edirsiniz, axı biz əziyyət çəkib bunları əkirik. Deyir, mən hirslənəndə evdə də beləyəm, qab sındırmasam, sakitləşə bilmirəm..."
Direktor, həmçinin müəllimlərdən pul toplayaraq məktəbə səsgücləndirici almaqda, dərs vaxtı bayağı musiqilərə qulaq asmaqda ittiham olunur. İddia olunur ki, onun qəzəbinə tuş gələn təkcə müəllimlər deyil. Məktəblilərin sözlərinə görə, Tamella Bayramova dərs vaxtı sinfə girərək şagirdlərdən birinin saçlarını qayçı ilə kəsib.
"Şəhidin ilində 5 manatdan pul topladı. Ailə ianəni qəbul etmədi və bizim yanımızda onun özünə qaytardı. Lakin həmin pulu geri vermədi. Bu insanın psixoloji durumu yerində deyil…Özü ilə bərabər bütün müəllimləri də təzyiq, şəkər xəstəsi edib", - şikayətçilərdən biri bildirib.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə T. Bayramova tutduğu vəzifədən azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 833 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bununla bağlı -a Müdafiə Nazirliyindən məlumat verilib. Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafi
14 fevralPrezident: "Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq"
"Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksanda
15 fevralVüsaləyə ikinci dəfə böyrək köçürülüb
Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib. OLAY yazır ki, o, bu barədə "Pərvizə görə" proqramında danışıb. Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib. Əlizadənin ikinci böyrə
16 fevralHəftənin bu günləri şadlıq saraylarında toy etmək QADAĞAN EDİLDİ
İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib. xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qı
14 fevralBu ərazilərdə partlayış səsləri eşidiləcək
Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda
16 fevralAzərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib. -a istinadən xəbər verir ki, mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Xidmət tərəfində
15 fevral