Ermənistan-Hindistan əməkdaşlığı niyə alınmır?

Ermənistan-Hindistan əməkdaşlığı niyə alınmır?Bu yaxınlarda Hindistan hökuməti ilə İran arasında Çabahar limanının icarəyə verilməsi barədə sənəd imzalanıb. Hind okeanı və beynəlxalq sulara MDB ölkələrinin çıxışı üçün ən qısa tranzit marşrutlardan biri sayılan bu limana dünya dövlətlərinin də marağı böyükdür. İki ölkə arasında imzalanan müqavilə 10 illikdir və sonradan yenilənməsi nəzərdə tutulub. Limanın idarəçiliyi isə rəsmi Dehliyə aiddir. Bu müqavilə ilə Hindistan hökuməti Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirmək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağı planlaşdırır. Sənədə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən keçərək limana, oradan da Mumbaya çatdırılacaq. Eyni zamanda, əks istiqamətə də yüklərin daşınması planlaşdırılır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ermənistanın xam xəyalı

Məsələnin maraqlı tərəfi isə Ermənistanla bağlıdır. Erməni siyasi elitası ümid edir ki, bu layihə vasitəsilə yüklərin Avropaya və MDB ölkələrinə daşınmasında xüsusi paya malik olacaq və Avrasiya İqtisadi İttifaqının üzvü kimi piroqdan özünə pay götürəcək. Elə bu səbəbdən Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Dehli ilə İrəvan arasında İrandan keçən ticarət yolu cari ilin mayına qədər açılacaq. Təbii ki, söhbət Çabahar limanından gedirdi və tərəflər məsələni razılaşdırmışdılar. Paşinyan hökuməti bu xəbəri böyük iqtisadi uğur, çiçəklənməyə gedən yol kimi cəmiyyətə sırımağa macal da tapmışdı.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. İran və Hindistan arasında 13 may tarixində imzalanan müqavilənin mürəkkəbi qurumamış, rəsmi Vaşinqton hərəkətə keçib.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, İranın Çabahar şəhərindəki Şəhid Beheşti limanını idarə və təchiz etmək üçün tərəfdaşlıq sazişi bağlayan Hindistan şirkəti sanksiyalarla üzləşə bilər.

Bu isə artıq müqavilənin icrasını sual altında qoyur. Ehtimal etmək olar ki, ABŞ-nin sanksiyalarına məruz qalmaq riski Hindistan hökumətini çəkindirəcək. Əgər əksinə hərəkət etsə, sanksiya zəncirinin uzanacağını və ABŞ-Hindistan münasibətlərinə xələl gətirəcəyini söyləmək mümkündür. Ağ Ev limanın fəaliyyətini mümkünsüz etmək üçün bütün yollara əl ata bilər.

Paşinyanın suya düşən arzusu

Hadisələrin məlum istiqamətdə inkişafı isə ilk növbədə Ermənistana zərbədir. Birincisi, Hindistandan Çabahar limanı vasitəsilə hərbi yüklərin daşınma ehtimalı risk altına düşür. Son günlər rəsmi İrəvan və Dehli arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşməsi barədə ard-arda rəsmi məlumatlar yayılsa da, sanksiyalardan sonra bu planların fiaskoya uğrayacağı gün kimi aydındır. Eyni zamanda, Avropaya və MDB ölkələrinə daşınan yüklərdən pay uman erməni dövlətinin bu arzusu da puça çıxır. Çünki hər fürsətdə adı dəyişdirilmiş "erməni qovşağı" layihəsini bir sıra meqalayihələrə "pərçimləmək" eşqi ilə alışıb-yanan erməni baş nazir sözügedən limandan Hindistan yüklərini MDB və Aİİ ölkələrinə daşımaqla külli miqdarda qazanc umurdu.

Ermənilər nəyinə güvənirlər?

Ermənistan variantı ən uğursuz və potensialı olmayan marşrutdur. Bunun bir sıra səbəbləri var. Birincisi, erməni dövlətində infrastruktur yenilənməli, yollar genişləndirilməli, dəmiryolu şəbəkəsi inşa edilməlidir. Eyni zamanda, Ermənistanla İran arasında birbaşa dəmiryolu əlaqəsi də yoxdur. Avtomobil yolları isə çətin dağ relyeflərindən keçir və ilin bir çox aylarında istifadəsi qeyri-mümkündür. Avtomobil yolu Lars keçid məntəqəsindən keçməklə, Avropa və MDB məkanına çıxsa da, Kremlin Paşinyan hökumətini cəzalandırmaq üçün müntəzəm olaraq onu bağladığının da şahidi oluruq. Bu ssenari isə nə Qərb, nə də MDB ölkələri üçün məqbul deyil. Yüklərin daşınmasını asanlaşdırmaq və müddəti azaltmaq üçün nəzərdə tutulan yol Ermənistanda dalana dirənə bilər.

Ortada daha sərfəli alternativ variant da var

Ehtimal etmək olar ki, Avropa İttifaqı gərginliyi azaltmağa çalışacaq və ABŞ-nin sanksiya istəklərini pozmadan nəqliyyat dəhlizini qoruyub saxlayacaq kompromis həll yollu axtaracaq. Onlar bu məqsədlə diplomatik səyləri gücləndirə bilərlər. Amma başqa alternativ də var və Qərb uzun müddətdir bu layihəyə daha çox maraq göstərir. Təbii ki, söhbət Azərbaycan vasitəsilə yüklərin daşınmasından gedir. "Hind okeanı və dolayı yolla Çindən Avropa və MDB məkanına daşınan yüklər üçün ən potensial və uğurlu marşrut xətti Azərbaycanın Zəngəzur dəhlizi layihəsidir" fikrini tam əminliklə söyləmək mümkündür.

Hadisələrin gedişatı göstərir ki, Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli qrupu yaxın vaxtlarda yenidən fəaliyyətə keçəcək və bu dəfə daha real nəticələrin əldə ediləcəyi artıq qaçılmaz görünür. Ermənistan siyasi elitasının son günlər Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası, regionda infrastrukturun blokdan çıxarılmasına hazır olmaları ilə bağlı bəyanatına bu prizmadan yanaşmaq lazımdır. Rəsmi İrəvan növbəti dəfə dərk edir ki, regionda heç bir beynəlxalq layihəni, xüsusən də logistika sahəsindəki ideyaları Azərbaycanın iştirakı və icazəsi olmadan həyata keçirmək mümkün deyil.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 841   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ

İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO

Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib. xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, "Conicet" Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella car

27 sentyabr
.

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların

27 sentyabr
.

Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib

Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"

"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə

27 sentyabr
.

Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə

27 sentyabr
.

Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini

27 sentyabr
.

Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb

Silahların tənzimlənməsi ilə bağlı beynəlxalq sənəd layihəsi üzərində iş zamanı Rusiya və ABŞ nümayəndələri hərbi süni intellektin fəaliyyətinə dair əsas məhdudiyyətləri layihədən çıxarıb. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" mənbələrə və sənədlərə istinadə

27 sentyabr