4 minə yaxın müəllim keçid balını toplaya bilmədi: Sertifikasiya imtahanları LƏĞV OLUNUR? - AÇIQLAMA

4 minə yaxın müəllim keçid balını toplaya bilmədi: Sertifikasiya imtahanları LƏĞV OLUNUR? - AÇIQLAMA2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Hal-hazırda sosial mediada gündəmə çevirilən mövzu 4 minə yaxın müəllimin sertifikasiyadan kəsilməsi ilə bağlıdır 4 minə yaxın müəllimin kəsilməsi sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Azərbaycanda müəllimlərin sertifikasiya imtahanları ləğv edilməsi yaxud ən azından 20-30 il müəllimlik stajı olan kadrların sertifikasiyaya clb olunması aradan qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun olaraq müəllimlərin əməkhaqqını müəyyənləşdirən bir qaydadır. Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var. Təkcə 4432 ümumtəhsil məktəblərində 150 min müəllim çalışır:

"Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfər edən yaxud passiv olan müəllimlər eyni əməkhaqqı alırlar. Amma sertifikasiya çalışqan müəllimləri və digərlərini fərqləndirməyə imkan verən bir prosesdir. Əlbəttə ki, biz 2022-ci ildə bu proses başlayanda gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki bu günə qədər 2014-2018-ci ildə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verir ki, müəllimlər öz üzərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil sahəsində sertifikasiya həyata keçirilir. Burada müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmələr arasında fərqlisidir və alisidir. Bu sertifikasiya imtahanları ləğv olunmayacaq. Bu sertifikasiya imtahanlarında 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz bu insanların yenidən təhsil sistemində iştirakını məhdudlaşdırırıq. Bu belə deyil".

Ekspert vurğulayıb ki, sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa onlar yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı , elm və təhsil naziri humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır:

"Çünki onların məktəblə bağlı təcrübələri var. Əlbəttə ki, bu onlara birmənalı şəkildə yenidən təhsil sistemində işləmək icazəsi verilir. 20-30 illik müəllim stajı olan müəllimlərin sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır. Dünyada pamdemiyadan sonra daha yüksək ixtisaslı, işini və şagirdlərlə işləyə bilən müəllimlər lazımdır. Biz heç də elə baxmayaq ki, biz 4 min insanı itirildik. Xeyir, bu belə deyil. Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı və gənc enerjili şəxslərin MİQ-dən daxil edəcəyik. Kim deyirsə ki, gənclər sinifi idarə edə bilmir, bu yanlış fikirdir. Biz o gənclərə də şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından həmin dərslikləri 20-30 dəfə təkrarlayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib. Azərbaycan dilindən nə fonetika, nə də isim dəyişib. İbtidai sinif dərsliklərində heç bir dəyişiklik yoxdur. Bizim sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim etməmişik. 20-30 il onların uşaqlara öyrəndiklərindən suallar salmışıq".

Kamran Əsədovun sözlərinə görə, bu müəllimlər hər il imtahan olunduqları suallardan özləri dərs deyirlər. Uşaqlara KSQ və BSQ-lər hazırlayırlar. Bu o deməkdir ki, imtahana həmin müəllimlərin özlərinin öyrətdiklərindən suallar salınıb:

"Əfsuslar olsun ki, onlar bu gün həmin suallardan 0-29 bal toplayıblar. Bu yaxşı nəticə deyil. Biz onların yanındayıq. Demirik ki, həmin müəllimlərin sistemdən uzaqlaşdırırıq. Dünyanın müxtəlif ölkələrində bu təcrübə var. Hətta elə ölkələr var ki, orada daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi və keçən il kəsilənlərə bu il şans verdi ki, öz üzərinizdə çalışın. Təsəvvür edin ki, təkrar sertifikasiyaya gələnlər bir il ərzində onlar öz üzərində çalışmalı idilər. Amma nə baş verdi? Birmənalı şəkildə həmin müəllimlərin öz üzərində çalışmadıqlarını gördük və onlar əyri yola əl atmağa çalışdılar. Bu yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaqdır. Onlar uşaqlara dərs keçməlidir. Heç bir təhsil sisteminin səviyyəsi müəlliminin bilik səviyyəsindən üstün deyil".

Ekspert qeyd edib ki, bu gün bizim müəllimlərimiz 1.6 milyon şagirdə dərs deyirlər. Bu o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib:

"Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik. Çünki onların özlərinin müəllimlərinin potensialı yüksək deyil. Ən strateji iki ixtisas var. İbtidai sinif və Azərbaycan dili -ədəbiyyat müəllimliyidir. Bunlar əsas iki strateji fəndilər. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların dövlət məktəblərində qalmağına maraqlı olmamalıyıq. Amma onlar növbəti ildən etibarən hamı kimi MİQ imtahanına girə bilərlər. Yəni heç kim onları məcburən sistemdən uzaqlaşdırmayıb. Mövcud qaydalar bunu deyir və artıq dünya dəyişib. Pamdemiyadan sonra bizə daha yüksək bacarıqlı mütəxəssislər lazımdır. Bütün sahələrdə müsabiqə və müsahibələr var. Amma onlar humanizm prinsipindən yararlanmadılar. Onlar digər yollar ilə çalışırdılar ki, məsələni həll etsinlər. 20-30 ilin müəllimi özünün tədris etdiyi suallara cavab verə bilmirsə, hesab edirəm ki, bu yaxşı vəziyyət deyil. Onların sertifikasiyası dayandırılmayacaq. Bu proses davam etməlidir. Növbəti illərdə daha sərt və çətin olmalıdır ki, daha peşəkar müəllimləri sistemdə saxlayaq. Onlar öz üzərində çalışmırdılar. 2014-2018-ci ildən sonra onlar oxumağa başladılar. İndi isə sertifikasiyadan sonra öyrənməyə başladılar. Müəllimlər uzun müddət ərzində dərs dedikləri fənlərin sadəcə paraqrafların adlarını jurnala yazırdılar. Keyfiyyətli tədris təşkil olunmurdu. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına və uşaqların daha yüksək bilik və bacarıqların əldə etməsinə gətirib çıxaracaq. Çünki daha peşəkar müəllimlər onlar ilə çalışacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4609   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr