Türkiyədə "Instagram" bloklandı... SƏBƏB İSƏ...- ŞƏRH
Xəbər verdiyimiz kimi, avqustun 2-də Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş bağlanıb. Qeyd olunur ki, avqustun 2-də səhər saatlarından sosial şəbəkəyə nə mobil cihazlardan, nə də kompüterlərdən daxil olmaq mümkün olub. Türkiyə tənzimləyicisi izah edib ki, "Instagram"a giriş İnformasiya Texnologiyaları və Kommunikasiya Şurasının qərarı ilə bağlanıb.
Bəs Türkiyədə "İnstagram" sosial şəbəkəsinin bağlanmasının səbəbi nə ilə əlaqədardır? Mövzu ilə bağlı informasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib:
"Türkiyənin "Bilgi Texnolojileri ve İletişim Kurumu" tarafından instagram sosial şəbəkəsi 02.08.2024 tarixində bloklanmışdır. 58.3 milyon Türkiyə istifadəçisi olan instagramın bloklanması qərarı işini instagram üzərində quran bloger və biznes subyektlərinin etirazına səbəb olması təbiidir. Xarici media buna səbəb kimi, son siyasi hadisələr səbəbi ilə yarana bəzi məsələləri və rəsmilərin qınama hadisələrini misal göstərsə də. "Bilgi Teknolojileri ve İletişim Kurumu" bloklanmağa səbəb: "katalog suçlara uyulmadığı" bildirildi. Kataloq cinayətləri bəzi müdafiə tədbirlərinin tətbiq oluna biləcəyi cinayətlərin məhdud siyahısıdır".
Ekspertin sözlərinə görə, sözügedən cinayətlərlə bağlı tənzimləmə 5271 saylı Türkiyə Cinayət Prosessual Məcəlləsinin əhatə dairəsinə daxildir:
"Kataloqa daxil olan bəzi cinayətlərin bir qisminin adını bildirmək istəyirəm. İlk növbədə qəsdən adam öldürmə, intihara yönləndirmə, Miqrant qaçaqçılığı, insanlığa qarşı törədilən cinayətlər və onların mütəşəkkil təşkili bu siyahıya daxildir. Eyni zamanda, uşaqların cinsi istismarı, düşmənlə əməkdaşlıq, dövlət təhlükəsizliyi və ya konstitusiya quruluşu əleyhinə cinayətlər törətmək üçün təşkilat yaratmaq, Türkiyə Respublikası hökümətinə qarşı silahlı üsyan, sağlamlıq üçün təhlükəli olan maddələrin tədarükü, işgəncə, ədəbsizlik, fahişəlik, hərbi obyektləri məhv etmək və düşmənin hərbi hərəkətlərinə fayda vermək üçün anlaşma, dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq və s. sadalananlar bu qəbildən olan cinayətlərə daxildir. Türkiyənin hüquq ədəbiyyatından tərcümə etdikdə ümumi məzmunun bu olduğunu görmək olar".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndərib
Fevralda neçə gün evdəyik?
Bakıdakı ağır qəzanın görüntüləri - Video
Tursit bəbir ilə selfi çəkmək istəyərkən hücuma məruz qaldı - VİDEO
Generala ərə gedən qız digər generalın bacısı qızıdır
Mehriban Əliyeva Gənclər Günü münasibətilə paylaşım etdi
Polkovnikin meyiti yaşadığı evdən tapıldı
İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib
Bakıya qar yağacaq
Borclarını ödəyə bilməyən məşhur aktrisanın köməyinə görün kim çatdı! - VIDEO
Qəzada ölən Səmanın - Fotosu - Yenilənib
ABŞ və İran cümə günü Türkiyədə danışıqlar masasına oturacaq