Evə silahlı basqın edildiyini polisə o xəbər veribmiş... - Rəsmi

Evə silahlı basqın edildiyini polisə o xəbər veribmiş... - RəsmiSentyabrın 9-da Bakının Binəqədi rayonunda evə silahlı basqın edən şəxslərdən biri həbs edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin gün saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək "102 Xidməti-Zəng Mərkəzi"nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd "Makarov" markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2752   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannux

12 dekabr
.

Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı - Video

Xəbər verdiyimiz kimi, Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixa

13 dekabr
.

Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, gənclik illərində törətdiyi cinayətlərə görə 60 yaşında qanun qarşısında cavab verib. Tağıye

15 noyabr
.

"Tarqovı"da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı

Bakının mərkəzində qətl törədilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xila

6 noyabr
.

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisin

26 noyabr
.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Teleqraf-ın məlumatına görə, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəki

29 noyabr
.

Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri

19 noyabr
.

Sabirabadda qadın güllələnərək öldürüldü - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdl

14 noyabr
.

"Deyirdi "əlindən güclə qaçdım" - Xəyalənin anası

Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub. Mərhumun anası Zərifə Xəlilova "Qafqazinfo"ya bildirib ki, qızı 9 il öncə qonşuları hərbi xidmətdən dönərkən onun yığıncağında iştirak edib. Sonunc

13 noyabr