Nizami Gəncəvinin kəllə sümüyü harda saxlanılır?

Nizami Gəncəvinin kəllə sümüyü harda saxlanılır?Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvi (Gəncəli) Şərq və Qərbin bu gün də araşdırdığı və hələ də öyrəndiyi böyük bir şəxsiyyətdir. Nizami Gəncəvi (Gəncəli) bütün dövrlərdə çox sevilib. O təkcə şair deyil, eyni zamanda bütün elmlərdən vaqeh olan dahi mütəffəkir idi. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini "Gəncədən olan türk" adlandırıb. Elə şəxsiyyətlər var, onlar tək bir xalqa yox, bütün dünyaya məxsusdurlar. Azərbaycan xalqının dünya ədəbiyyatına verdiyi dahilərdən biri də Nizami Gəncəvidir. (Gəncəli) Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla "Xəmsə"-nin üzü dəfələrlə köçürülmüşdü.

Böyük Nizami Gəncədə dəfn edilmişdi. Onun doğum tarixi kimi, vəfat tarixi də mübahisəlidir. Nizaminin vəfat tarixini qeyd edən orta əsr bioqrafları bir-biri ilə fərqli tarixlər yazıblar. 1180-1217-ci arası bu gün də mübahisələr gedir ki, nəticədə 37 il fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Lakin son məlumatlara inansaq 63 il ömür sürən Nizami Gəncəvi (Gəncəli) 1947-ci ildə onun məqbərəsində aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılıb. Daşda Nizami Gəncəvinin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb.Böyük Həmid Araslı "Ədəbiyyat və incəsənət" qəzetinin 25 fevral,1983-cü il sayında yazır: "Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş"

Lakin zaman keçir və Nizaminin məzarı baxımsız və diqqətsiz qalır. Səfəvilər Gəncə şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Bu zaman Nizaminin məzarı hələ də ziyarət edilirdi. Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini geri qaytarmaq üçün müharibə niyyəti ilə bura böyük qoşunla gəlir. İskəndər Münşi yazır ki, 1606-cı ili fevralında Gəncəyə yaxınlaşan Şah Abbas Nizaminin türbəsi yaxınlığında düşərgə salır. Qızılbaşlar 1606-cı il 4 iyul tarixində hücuma başlayır və əlbəyaxa döyüşdə Osmanlı qoşunları qızılbaşlara diqqətəlayiq itkilər verirlər, ancaq onlardan 2.500 nəfər əsgər həlak olur. Nəhayət, Gəncə bəylərbəyi Mehmed Paşa təslim olur və Şah Abbas ilə ordusu qalanın nəzarətini ələ alır. Bu döyüşlər zamanı Nizaminin məzarı da ciddi dağıntılara məruz qalır. Şah Abbas Gəncəyə dəyən dağıntıları düzəltmək əmri verir, lakin Nizaminin məzarı bu əmrdən kənarda qalır. Özünü qatı şiə hökmdarı hesab edən Şah Abbas Nizaminin sünni müsəlman olmasını əsas götürüb onun təmirdən kənarda saxlayır. Qeyd edim ki, o dövrdə sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər.O, vətəndaş cəmiyyətinin elementlərini özündə daşımış və xalq demokratiyasının inkişafına təkan vermişdir. Lakin qeyri-demokratik sistemlərdə onlar öz fəaliyyətlərini çox vaxt gizli şəkildə həyata keçirməyə müyəssər olmuşlar. Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xəqani Şirvani və başqa bu kimi dahilərimiz bu təşkilatın fəaliyyətində iştirak etmişlər.
Uzun zamandan sonra Gəncənin imkanlı ailələri pul yığıb məzarı təmir edirlər.
Lakin dahi Nizaminin məqbərəsi yenidən, lakin bu səfər tamamilə bərbad günə Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüşdən sonra düşür. Qeyd edim ki, Qacar şahı Abbas Mirzə döyüşdən əvvəl gəncəlilərin Nizami sevgisini bildiyi üçün onların yanında belə bir əmr imzalayır "Gəncə azad ediləndən sonra Nizaminin günbəzi qızıldan düzədilsin"

Lakin Qacarlar məğlub olurlar və ruslar Gəncəni işğal edəndən sonra uzun illər Nizami Gəncəvi (Gəncəli) məzarı dağınıq vəziyyətdə olur. 1875-ci ildə İsgəndər bəy Axundov və 1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani bu qəbri ziyarət edib yazırdılar: " Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülüb, üstündə ilan və kərtənkələlər sürünən kərpic günbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir"
1881-ci ildə Tiflisdə arxeoloqların qurultayı keçirilir, tədbirə rusiyalı və avropalı mütəxəssislər toplaşır. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəni görmək adı ilə Nizaminin məzarına gəlirlər. 525-ci qəzetdə bu barədə geniş yazı yazan Zakir Muradov bildirir ki, "avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı qəbirüstü daşı aparmışdır. Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur".

Bu qəbirüstü daş Tiflisə, sonradan isə İrana aparılıb. Sovetlər isə izn verməyiblər ki, İranla münasibətlər korlanması deyə axtarış edilməsin. Beləliklə daş hazırda İranda saxlanılır.
1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir. Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdi. 1932-ci ildə isə onun məzarı üzərində yeni qəbirüstü daşlar qoyulur. Həmin dövrdə artıq türbənin şimal divarı da uçmuş, yalnız təməl və 4–5 sıra hündürlüyündə kərpic hörgü saxlanmışdır.

1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır. Bu qazıntılarda sovet antropoloqu, arxeoloqu Mixail Mixailoviç Gerasimov da iştirak edir. lk dəfə olaraq başın yumşaq toxumaların quruluşunun və kəllə skeleti arasında müəyyən asılılığın olmasını elmə gətirən Gerasimov məzardan çıxan sümükləri incəlməyə başlayır. O zaman o təklif edir ki, Nizami Gəncəvi (Gəncəli)-nin kəllə sümüyünü ona versinlər və o kəllə skeletinə görə şəxsiyyətin eyniləşdirməsi və kəllənin təsvirinə görə kəlləsi güman olunan şəxsin həyati fotoşəklini müəyən etsin. Yerli əhalinin və ağsaqqaların xəbəri olmadan Nizaminin kəllə sümüyünü ona verirlər və Gerasimov onu götürüb Sank-Peterburq şəhərinə gedir. Qeyd edim ki, bu M.M.Gerasimov kəllə sümüklərinin əsasında Əmir Teymurun simasını bərpa etmək fikrinə düşən və onun məzarını açan adamdır.
Gerasimov kəllə sümüyünü geri qaytarmır, lakin məzar bərpa olunmalı idi. Çünki içərisində iki qəbr var idi. Biri ehtimallara görə Məhsəti Gəncəvinin qəbri idi. Məqbərə tikintisi başa çatmalı idi. Elə bu zaman, 1941-ci ildə Almaniyasının SSRİ-yə qəfil hücumu bu yöndə planları pozdu. Məqbərənin tikintisi təxirə düşdü. 1947-ci ildə isə məqbərənin tikintisi tamamlandı. Lakin bu zaman dahi Nizaminin məzarında onun kəllə sümüyü yox idi. Gerasimov onu geri qaytarmadı. Bəzilərinin iddiasına görə guya Nizaminin kəllə sümüyü Peterbuqrda saxlanılır. Lakin bir versiyaya görə Gerasimov onu ermənilərə satıb və hazırda həmin kəllə sümüyü Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində gizlədilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1174   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr