"Təki universitet olsun" düşüncəsinin acı nəticələri - AÇIQLAMA

"Təki universitet olsun" düşüncəsinin acı nəticələri - AÇIQLAMAAli məktəblərə qəbul olunan abituriyentlərin təxminən 40%-i seçdiyi ixtisasdan narazıdır. Onların 14%-i isə təhsil aldığı müddətdə ixtisasını dəyişməyə qərar verir. Bəs bu qədər gəncin öz peşə seçimindən məmnun qalmamasının başlıca səbəbi nədir? Bu narazılıq sadəcə şəxsi qərarsızlıqdan, yoxsa sistemli problemlərdən qaynaqlanır?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Elmin Nurizadə danışıb.

"Təki universitet olsun" düşüncəsinin acı nəticələri - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, əksəriyyət üçün universitet gələcək əmək bazarına peşəkar kadr hazırlayan müddət yox, sanki ölüm-qalım məsələsidir:

"Bunun bir səbəbi var — bizim universitet faktoruna olan yanlış münasibətimiz. İxtisas seçimində iştirak edən, hətta etməyən şəxslər də bunu təsdiq edər. Universitet artıq valideynlər arasında, tanış-biliş, qohum-qonşu arasında ciddi rəqabət mexanizmi kimi dəyərləndirilir. Universitetə qəbul oldunsa, artıq ən böyük həyati missiyanı tamamlamısan ideyası hökmranlıq edir. O səbəbdən də universitetə qəbul olunma prosesində özünü tapmaq, gələcək hədəflərini müəyyənləşdirmək barədə demək olar ki, düşünülmür. Belə olan təqdirdə abituriyentin yalnız yığdığı bal müqabilində harasa, uzaqdan-yaxından əlaqəsi olan ixtisasa qəbulundan başqa əlacı qalmır. Bir çoxları ümumiyyətlə "əşi, təki universitet olsun" düşüncəsi ilə yaşayır. Bütün bunları nəzərə alaraq, hazırda siz dediyiniz kimi 40%-dək tələbənin ixtisasından narazı olması üzə çıxır. Açığı, mən daha böyük rəqəm gözləyirdim. Doğrudur, 40%-lik göstərici heç də kiçik rəqəm olmasa da — təxminən hər iki tələbədən biri — apardığım müşahidələr bunun bəlkə də 70-80% olacağına bir işarə idi. Etiraf edim ki, indi də bu fikirdəyəm. Həqiqətən də, bizim ali təhsilimizin ən ciddi problemi gözlərində işığın olmadığı tələbələrdir. Bununla universiteti, onun cari problemlərini heç də kənara qoyub, məsələni yalnız tələbənin üzərinə atmaq istəmirik. Hər problemin öz yeri və öz çəkisi var. Amma inanın, ən ağır problem tələbə gözündə işıqsızlıq, onun gələcəklə bağlı qeyri-müəyyənliyidir. Bu kimi halları adətən 3-cü kursdan etibarən müşahidə edə bilirik. Çünki birinci ildə — ilk kursda gənc tələbəlik eyforiyasında olur. Onun üçün hələ çox şeylər aydın deyil. Amma sonradan tamam başqa pəncərədən baxanda çox ciddi xəyal qırıqlığı yaşamış olurlar. Odur ki, orta təhsil illərindən başlayaraq, xüsusən də son siniflərdə şagirdlərə lazım gələrsə, məcburi qaydada karyera bələdçiliyi kursu keçirilməli, onların hədəflər siyahısı ən azından özləri üçün müəyyənləşdirilməlidir. Məhz bundan sonra universitet hazırlıqları başlanmalı və hazırlıq həmin hədəflərə paralel şəkildə aparılmalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1969   Tarix: 10 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polkovnik-leytenant haqda - Yeni qərar

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan

23 mart
.

Kəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)

Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b

20 mart
.

Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak

23 mart
.

Qadınlar niyə ərlərindən BEZİRLƏR?

Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad

24 mart
.

İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO

İllərdir istifadə edilən, lakin sənəd üzərində dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək olar. BİG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbəd

22 mart
.

Professor Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək

21 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart
.

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - Video

Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram səhifəsində video paylaşıb. "Ramazan Bayramınız mübarək, - deyə qeyd edib

20 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart