Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... (FOTO)

Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... (FOTO)Baş Dövlət Yol Polisi İdarəsi azyaşlıların sükan arxasına keçməsi ilə bağlı əhaliyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:

"Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur.

Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər.

Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat və sağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şərait yaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkət iştirakçılarını təhlükə qarşısında qoymuş olursunuz.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətli davranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".
Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... (FOTO)Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... (FOTO)Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 706   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 3 aydır həll olunmayan PİYADA KEÇİDİ PROBLEMİ - Minlərlə insanın həyatı niyə riskə atılır? -

Bakının Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidəki yerüstü piyada keçidində artıq 3 aydır lift işləmir. -ın əməkdaşı sakinlərin şikayəti əsasında sözügedən məsələ ilə əlaqədar ərazidə olub. Məlum olub ki, yay mövsümü ilə əlaqədar yolun digər tərəfində yerləşən parka getmək istəyən Əhmədl

17 iyun
.

Bakıda xarici narkotacirlərin tapşırıqlarını icra edən Nicat Həsənov SAXLANILDI - ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ

Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsi (NMBİ) məlumat yayıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuan

17 iyun
.

Sabah 36 dərəcə isti olacaq

İyunun 18-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

17 iyun
.

AZAL iyunun I yarısında Bakı-Naxçıvan-Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb

Bu il iyunun 1-16-da "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, bu dövrdə sözügedən marşrut üzrə gündəlik reysləri

17 iyun
.

Bir vəkil kollegiyadan çıxarıldı

Yol verilmiş intizam pozuntularına görə bir vəkil Vəkillər Kollegiyasından xaric edilib. xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib. Bundan başqa, Rəyasət Heyətinin müvafiq qərarları ilə intizam pozuntularına görə 1 vəkilə xəbərdarlıq edilib, 5 vəkil barəsində cərimə tədbiri tətbi

17 iyun
.

"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı

"Mən ailədə özümə görə bir çox şeyə göz yumaram. Amma ortada uşaqlar var idi. Əgər bunu mənimlə üz-üzə danışsaydı, başqa birinə aşiq olduğunu desəydi, bəlkə də onu daha anlayışla qarşılayardım". Qaynarinfo xəbər verir ki, bunu Əməkdar artist Rəhman Rəhmanovun keçmiş həyat yoldaşı Ulduz Əhmədov

17 iyun
.

Kraudfandinq operatoru necə yaradılacaq? - Detallar

Kraudfandinq operatorunun yaradılması və fəaliyyətinin təşkilinin hüquqi əsasları müəyyən edilir. -ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" yeni qanun layihəsind

17 iyun
.

İctimai qınaq qorxusu insanın gündəlik qərarlarına nə dərəcədə təsir edir? - AÇIQLAMA

Müasir cəmiyyətdə insanların davranışlarına təsir edən ən güclü amillərdən biri də ictimai qınaq qorxusudur. Bir çox hallarda insanlar öz istəklərinə və düşüncələrinə uyğun deyil, ətraf mühitin və cəmiyyətin onlardan gözlədiyi şəkildə qərarlar qəbul edirlər. Bu qorxu bəzən şəxsi münasibətlərdən tutmu

17 iyun
.

Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"

Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu "Round University Ranking" (RUR) beynəlxalq universitet reytinqində təmsil olunub. Universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-da son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi

17 iyun