Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQOktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2694   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Atlas Medical Center"in rəhbəri vəfat etdi

"Atlas Medical Center" klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. N.Əliyev 49 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib

24 noyabr
.

Aqşin Fatehin daha bir restoranı bağlandı - Foto/Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb. xəbər verir ki, bu barədə AQT

23 noyabr
.

Badamdarda sürüşmə davam edir - Çatlar genişlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar-20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesini

24 noyabr
.

Qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi

24 noyabr
.

"T" formalı işıqforlar tıxac problemini azalda bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın hərəkətini sürətləndirmək məqsədilə avtobuslar üçün xüsusi "T" formalı işıqforların quraşdırılması planlaşdırılır. İlkin mərhələdə bu sistemin Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tətbiqi nəzərdə tutulur. Yeniliyin əsas məqsədi avtobusları

24 noyabr
.

Evlərin divarlarında çatlar yaranırsa, təhlükə yaxın ola bilər - NƏ ETMƏLİ?

Son dövrlər intensiv yağıntılar və torpaq hərəkətləri sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ərazilərdə evlərin bünövrəsində və divarlarında çatların yaranması, qapı-pəncərələrin çətin açılıb-bağlanması, yamaclarda torpaq çökməsi v

24 noyabr
.

Xəzərin suyu duzsuzlaşdırılacaq - 140 milyon dollar ayrılıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ADB-yə istinadən məlumat yayıb. Bildirilib ki, kredit vəsaitləri hər biri 7

24 noyabr
.

Mirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ

Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri

23 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qər

23 noyabr